İlham Əliyev daha bir dövlət rəsmisini qəbul etdibackend

İlham Əliyev daha bir dövlət rəsmisini qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, dövlət başçısı bu yaxınlarda Belarus prezidenti Aleksandr Lukaşenko ilə Moskvada görüşdüyünü məmnunluqla xatırladı və söhbət zamanı qarşılıqlı maraq doğuran məsəllər ətrafında fikir mübadiləsi aparıldığını deyib. Prezident İlham ƏliyevAzərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu və tərəfdaşlıq əlaqələrinə söykəndiyini vurğulayaraq, əməkdaşlığımızın siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısını təbrik edib və bunu xalqın dövlət başçısına verdiyi dəstəyin nümayişi kimi dəyərləndirib. O, iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, prezident İlham Əliyevə əlaqələrimizin inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

İnterpress.az