İrandan gətirilən narkotiklər Şirvan və Cəlilabadda cəmləşir – Baş nazirin müavinibackend

İrandan gətirilən narkotiklər Şirvan və Cəlilabadda cəmləşir – Baş nazirin müavini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Beynəlxalq narkomafiyanın diqqəti Azərbaycana artır, bu da ölkə iqtisadiyyatının inkişafı və dünyanın beynəlxalq diqqət mərkəzində olması ilə əlaqədardır\”.

İnterpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycanın Astara, Lənkəran, Cəlilabad, Masallı və Biləsuvar rayonlarına İrandan Əfqanıstan mənşəli narkotik vasitələr daxil olur: \”Həmin narkotik vasitələr əsasən Şirvan və Cəlilabad rayonlarında cəmləşir və oradan paylanılır. Narkotranzitlə daxil olan narkotik marşutun son nöqtəsi Orta Asiya ölkələri, həm də Şərqi, Qərbi Avropa ölkələridir. Beynəlxalq narkomafiyanın diqqəti Azərbaycana artır, bu da ölkə iqtisadiyyatının inkişafı və dünyanın beynəlxalq diqqət mərkəzində olması ilə əlaqədardır\”.

Ə.Həsənov qeyd edib ki, son illər Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni narkotik vasitələrin dövriyyədən çıxarılması halları artıb: \”Bu ilin 5 ayında 1 ton 400 kq-a qədər narkotik vasitə aşkar edilərək götürülüb. Aidiyyatı nazirliklərimiz bu sahədə təbliğat işlərini gücləndiriblər. Bu problem ölkəmiz üçün spesifik problem deyil. Lakin ölkədə, regionda böyük tutumlu beynəlxalq tikinti layihələri aparıldığı, bir sıra sahələrdə yük daşımalar artdığı üçün təbii ki, beynəlxalq narkomafiyanın da ölkəmizdən müxtəlif daşınma yolları ilə narkotik vasitələri daşımaq istəkləri də artıb. Biz arxayanlaşmamalıyıq, aidiyyatı qurumlar öz tədbirlərini görməlidir\”.

İnterpress.az