Azərbaycan əsilli siyasətçi Türkiyə parlamentinin deputatı seçilibbackend

Azərbaycan əsilli siyasətçi Türkiyə parlamentinin deputatı seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 24-də Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində əslən azərbaycanlı olan siyasətçi Şamil Ayrım qalib gəlib.

Diasporla İş üzrə Dövlət Komitəsindən İnterpress.az-a verilən məlumata görə, Komitə sədri Fuad Muradov Şamil Ayrımla əlaqə saxlayıb, onu təbrik edib və əməkdaşlıq imkanları müzakirə olunub.

Türkiyənin azərbaycanlı millət vəkili bildirib ki, bundan sonrakı fəaliyyətlərində də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı üçün əlindən gələni edəcək: “Biz daim Türkiyəni və Azərbaycanı güclü görmək arzusundayıq. Mən bundan sonrakı fəaliyyətimdə də ölkələrimiz arasında əlaqələrin inkişafı üçün çalışacam. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı davam etdirəcək, Türkiyədəki azərbaycanlıların qayğılarını diqqətdə saxlayacam. Təbii ki, Qarabağın azadlığı bizim ən böyük arzumuz və məqsədimizdir. Bu yöndə də əlimdən gələni etməyə hazıram”.

Şamil Ayrım millət vəkili kimi ölkəmizə ilk səfəri zamanı Fuad Muradovla görüşəcəyini də bildirib.

Qeyd edək ki, Şamil Ayrım XXI çağırış İstanbul millət vəkili olmuşdu.

İnterpress.az