Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Yeni Türkiyə strategiyası” baş tutdu

Başlanğıc enerjisini “Əsrin müqaviləsi”, BTC və BTƏ kəmərlərindən almış siyasi proses uğurla sona çatdı.

Dərc edilib: 25 iyun 2018 [13:07]
Baxış sayı: 21509

Türkiyədə Rəcəb Tayyib Ərdoğan prezident, AK Parti ilə MHP ittifaqı isə parlamentdə aparıcı qüvvə olaraq seçildi. Bu sıradan bir seçim deyildi. Rəcəb Tayyib Ərdoğan Türkiyəni yeni kürəsəl qaydalara uyğunlaşdırma siyasətinin lideridir. O “Yeni dünya düzəni”ndə Yeni Türkiyənin simasıdır. Türkiyə 2003-05-ci illərdən əsası qoyulmuş, 2007-08-ci illərdən qabarıq görünməyə başlayan “yeni dünya” qaydalarına çevik reaksiya verərək “Yeni Türkiyə” strategiyasını işə saldı.

-Türkiyə iqtisadiyyatını 5 dəfə artırdı;

- İqtisadiyyatın texnoloji keyfiyyətini yüksəltdi;

- Müdafiə sənayesini ikişaf etdirib ehtiyaclarının təqribən 70%-ni istehsal etməyə başladı;

- Beynəlxalq Valyuta Fonduna borclarını ləğv etdi;

Bu 4 amil Türkiyənin iqtisadi, maliyyə, hərbi müstəqilliyini təmin etməklə beynəlxalq siyasi mestəqilliyinin 3 mühüm dayağını formalaşdırdı. Türkiyə Böyük-20-lərin sırasına daxil oldu. Bu artıq yeni iqtisadi status idi. Türkiyə Ak Partinin liderliyi ilə buna nail oldu. Yaddan çıxarmaq olmaz ki, bu 3 dayaq məhz 4-cü dayağa-AK Partinin elan etdiyi siyasi iradəyə söykənərək doğulmağa başlamışdı.

Bu 4 dayaq üzərində Türkiyə Suriya, İraq, Fələstin, Qətər, İran ətrafındakı beynəlxlq siyasətdə mühüm rol oynamağa başladı. Türkiyə Yaxın Şərqin aparıcı siyasi gücünə çevrildi. Eyni zamanda Balkanlarda söz sahiblərindən biri oldu.

Artıq Türkiyənin de-fakto yeni beynəlxalq statusa malik olması heç kimdə şübhə doğurmurdu. Siyasi sistem islahatlarından sonra isə Türkiyənin öz nüfuzunun sərhədlərini daha da genişləndirmək üçün daxili güc qazanacağı da heç kimdə şübhə doğurmurdu.

Bu 4 dayaq üzərində yerini möhkəmləndirən Türkiyə “yeni dünya” düzənində Yeni Türkiyənin mövqeyini gücləndirəcək və onu xarici və daxili zərbələrdən qoruyacaq, dayanıqlı və qərarları daha çevik qəbul edəcək bir siyasi sistemin qurulmasına başladı. Konstitusiya islahatları keçirildi. Türkiyə Ərdoğanın təşəbbüsü ilə Prezident Respublikası olmağa qərar verdi.

24 iyun seçimləri məhz bu epoxal prosesin başa çatdığını rəsmiləşdirən hadisədir. 1918-ci ildə Osmanlı erası bitdi, Atatürk erası başladı. 2018-ci ildə isə Türkiyə 1918-ci ildən sonra formalaşmış bir dövrü bitirərək, yeni tarixi mərhələyə daxil oldu. İyunun 24-də 100 illik bir dövr başa çatdı. Yenisi başlandı. Atatürk erasını Ərdoğan erası əvəzlədi.. Bu seçimin özəlliyi də elə bundadır. Həm də təkcə Türkiyə üçün deyil, Azərbaycan üçün də mühüm hadisədir. Azərbaycan prezidentinin Prezident Ərdoğanı ilk olaraq təbrikinin arxasında şəxsi münasibətlərlə yanaşı strateji siyasi məqamlar da var. Ona görə ki, “Yeni Türkiyə strategiyası”nın baş tutmasında ən çox maraqlı olan dövlət Azərbaycandır. Prezident İlham Əliyev dəfələrlə “güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyə deməkdir” fikrini elan edib. Bu fikir Heydər Əliyevin “bir millət iki dövlət” deyiminin məntiqi davamıdır.

“Yeni Türkiyə strategiyası”nın uğurla baş tutmasında Azərbaycanın rolu mühümdür. Axı “Yeni Türkiyə strategiyası” öz enerjisini SSRİ-nin süqutundan, “Əsrin müqaviləsi”ndə iştirakdan, Bakı-Tbilisi-Ceyhan neft, Bakı–Tbilisi-Ərzurum qaz kəmərindən almağa başladı. Bakı-Tbilisi-Qars dəmiryolu onu yeni mərhələyə qaldırdı. Azərbaycan Türkiyə iqtisadiyyatının ən böyük sərmayədarıdır. Və bütün bunlar prezident İlham Əliyevin Türkiyəyə xitabən elan etdiyi “biz bir-birimizi gücləndirməliyik” strategiyasının real təzahürləridir. Turqut Özalın Azərbaycana səfərindən bu günə qədər Türkiyə Azərbaycana Azərbaycan da Türkiyəyə dstək oldu.

Odur ki, 24 iyunda formalaşması başa çatmış “Yeni Türkiyə strategiyası” Türkiyə ilə birlikdə həm də Azərbaycanın strategiyası, Azərbaycanın uğurudur. Bu mənada “Yeni Türkiyə” Ankara ilə Bakının ümumi sərvəti də sayıla bilər.

İbrahim Məmmədov

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112