Tənzilə Rüstəmxanlı Türkiyədə keçirilən seçkilərdən danışıb – VİDEObackend

Tənzilə Rüstəmxanlı Türkiyədə keçirilən seçkilərdən danışıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Bu seçkilər Türkiyəni bir çox bəlalardan xilas etdi. Türkiyənin həm güclü müxalifəti var. Kimsə ona gücsüz deyə bilməz. Ona görə də, hesab edirəm ki, bu seçkilər Türkiyənin təhlükəsizliyi və inkişafı üçün yeni bir təkan olacaq. Bu seçkilərin nəticəsi Türkiyəni problemlərdən qurtaracaq. Bu seçkilər həm də Azərbaycan üçün xeyirli-uğurlu olacaq. Mən bu gecə böyük bir qürur hissi keçirdim. R.T.Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti İlham Əliyev oldu. Bu, o deməkdir ki, iki dövlətin liderlərinin bir-biri ilə dostluq və qardaşlıq münasibətləri var\”.

İnterpress.az xəbər verir ki, bu sözləri Real.tv-yə açıqlamasında Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı Türkiyədə keçirilən prezident və parlament seçkilərindən danışarkən deyib.

O bildirib ki, Türkiyədə keçirilən seçkilər Türkiyəni növbəti bəlalardan xilas edib: \”Türkiyədə eyni anda keçirilən prezident seçkiləri parlament seçkilərini kölgədə qoymadı. Türkiyədə parlament seçkiləri də çox önəmlidir. Belə bir yanlış anlaşmaq mövcuddur ki, türkiyədə başqanlıq sisteminə keçiddən sonra guya məclis də, hökumət də ləğv olunacaq. Belə bir şey yoxdur. TBMM-nin önəmi olmasaydı, bu qədər ciddi bir hazırlıqlar gedərdi mi? Başqanlıq sistemində Türkiyədə prezidentə bəzi səlahiyyətlər verildi. Türkiyənin başqanlıq sisteminə keçirilməsi Türkiyəni bölünməkdən xilas elədi. Prezidentə bəzi səlahiyyətləri verərək bunun önünə keçdi. Ona görə də, mən Türkiyənin başqanlıq sisteminə keçməsini dəstəkləyirəm. Bizim Türkiyədə uzun illərdir ki, həm siyasi əlaqələrimizin olduğu, həm də dostluq münasibətlərimizin olduğu Milliyətçi Hərəkat Partiyası var. Dəfələrlə MHP lideri Devlət Bahçeli ilə bizim görüşlərimiz olub. D.Bahçeli heç bir zaman Türkiyəyə zərər verə biləcək heç bir şeyə izma atmaz. Başqanlıq sistemini müdafiə edənlərdən biri D.Bahçeli idi. Bu gün Türkiyədə gedən siyasi proseslər bir daha sübut etdi ki, MHP lideri nə qədər haqlı imiş\”.

T.Rüstəmxanlı qeyd edib ki, seçkilərdə də əgər D.Bahçeli o dəstəyi Ərdoğana verməsəydi, bunlar heç birisi olmayacaqdı: \”Bilirsiniz, Türkiyədə FETÖ deyilən bir bəla var idi. Bu bəla Türkiyədə dövlət çevrilişinə cəhd etməyə qədər qalxdı. 15 iyul çevrilişinə cəhdin qarşısının alınmasında 3 qəhrəman yaxından iştirak edirdisə, onun biri türk xalqı idi, digərləri isə Rəcəb Tayyib Ərdoğan və Devlət Bahçeli idi. D.Bahçeli elə bir milli mövqe ortaya qoydu ki, Türkiyəni o bəladan xilas elədi. Bu seçkilərdə də əgər D.Bahçeli o dəstəyi Ərdoğana verməsəydi, bunlar heç birisi olmayacaqdı. Yadınızdadırsa, hər ayda azı beş dəfə Türkiyədə terror hadisələri baş verirdi. Demək olar ki, son bir ildə bunun qarşısına keçildi. Bütün bunların qarşısının alınmasıda cumhurbaşqanı R.T.Ərdoğana ən böyük dəstəyi də elə D.Bahçeli verdi\”.

\”MHP haqqında deyirdilər ki, 5-6 faiz səs toplayacaq, ya toplamayacaq. Amma elə olmadı. MHP 12 faiz səslə TBMM-nə daxil ola bildi. TBMM-in səlahiyyətləri olduğu kimi yerində qalır. Çünki o, Türkiyədə qanunverici orqandır və türkiyə dövlətinin tarixində, siyasi həyatında çox önəmli rol oynayıb. Türkiyədə atılan bütün siyasi addımlar hamısı Türkiyənin güvənliyinə hesablanıb\”, – deyə ATEV sədri Tənzilə Rüstəmxanlı əlavə edib.

İnterpress.az