Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir – Tarix açıqlandı – ÖZƏLbackend

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir – Tarix açıqlandı – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Cümhuriyyətinin növbəti dəfə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər edəcək.

İnterpress.az-ın əldə etdiyi özəl məlumata görə, Türkiyə prezidentinin iyulun 8-də Azərbaycana rəsmi səfər edəcəyi gözlənilir.

R.T.Ərdoğanın böyük nümayəndə heyyəti ilə Azərbaycana rəsmi səfər edəcəyi bildirilir.

Qeyd edək ki, R.T.Ərdoğanın iyunun 26-da Bakıda keçiriləcək hərbi paradda iştirak edəcəyi gözlənilirdi. Amma Türkiyədə keçirilən prezident seçkiləri ilə bağlı Ərdoğanın Bakıda qeyd olunan hərbi paradda iştirak etməsi mümkünsüz olub.

Xatırladaq ki, ötən gün Türkiyədə keçirilən prezident seçkilərində R.T.Ərdoğan yenidən Türkiyənin prezidenti seçilib.

Səid Qərib
İnterpress.az