Bu seçkilərdəki qələbə bütövlükdə türk xalqının qələbəsi idi – Türkiyəli iş adamıbackend

Bu seçkilərdəki qələbə bütövlükdə türk xalqının qələbəsi idi – Türkiyəli iş adamı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Türkiyədə seçkilərdəki qələbə bütövlükdə türk xalqının qələbəsi idi\”.

Bunu İnterpress.az-a açıqlamasında türkiyəli iş adamı Musa Okumuş deyib. O bildirib ki, Türkiyədə keçirilən prezident və parlament seçkilərində Türkiyə xalqı bu dəfə də öz taleyini istədikləri kimi həll etdi: \”Bu qələbə bütövlükdə türk xalqının haqqa, ədalətə, demokratiyaya və inkişafa növbəti dəfə açdığı yolun ilk başlanğıcı idi. Türk xalqı ötən gün öz taleyini həll etdi və uğurlu gələcəklərini yazdılar. Mən Türkiyədəki prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti olması və \”Cumhur\” İttifaqının Türkiyə parlamentinə daxil olması münasibətiylə bütün türk xalqını təbrik edirəm\”.

İş adamı ötən gün Türkiyədə keçirilən prezident və parlament seçkilərinin nəəticələrindən sonra Bakıda qeyd olunan qələbə yürüşündən də danışıb. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan bir millət, iki dövlət olduğu üçün hər iki dövlətin uğuru bir millətin uğuru deməkdir: \”Bu qələbə AKP-nin və MHP-nin qələbəsi idi. Ərdoğan və Devlət Bahçelinin qələbəsidir. İstər Türkiyə, istərsə də Azərbaycanın uğuru bu dövlətlərin xalqının uğuru deməkdir. Biz bu uğuru sevinclə qarşıladıq və millətini sevən gənclərlər birlikdə qələbə yürüşü təşkil etdik\”.

\”Azərbaycan Ülkü Ocaqları Başkanı Hakan Seyhan və Azərbaycan-Türkiyə Evinin (ATEV) icraçı direktoru Toğrul Allahverdiliyə də təşəkkür edirəm ki, Bakıda qələbə sevincimizi qeyd etməyimizə görə bizimli birlikdə oldular\” – deyə, iş adamı Musa Okumuş bildirib.

İnterpress.az