Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Hərbi paradla çox ciddi siyasi mesajlar veriləcək” - Politoloq

Sabah - iyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi qeyd olunacaq. Bununla əlaqədar Bakıda hərbi parad keçiriləcək.

Dərc edilib: 25 iyun 2018 [14:42]
Baxış sayı: 4747

Parada bir çox ölkələrin nümayəndələri də qatılacaq.

Bəs hərbi paradın siyasi əhəmiyyəti nədir?

Cənubi Qafqazda hərbi paradın keçirilməsi dünyaya hansı mesajları verəcək?


İnterpress.az xəbər verir ki, Politoloq Eldar Namazov Modern.az-a baş tutacaq paradın siyasi əhəmiyyətini şərh edib.

Paradda hansı mesajlar veriləcək?

“Builki hərbi parad əvvəlki paradlardan çox ciddi fərqlənir. Əvvəlki illərdən fərqli olaraq, budəfəki parad özündə çox ciddi mesajlar daşıyır. Bu haqda müəyyən anonslar da verilib. Məsələn, bu paradda yeni silahlar nümayiş olunacaq. Qardaş Türkiyənin hərbçiləri paradda iştirak edəcəklər. Bir çox xarici qonaqlar dəvət olunub. Bu onu göstərir ki, paradda çox ciddi siyasi mesajlar veriləcək. Bu, bir prosesdir. Bu prosesin başlanması da 2016-cı ilin aprelində olub. Həmin il sübut etdik ki, Cənubi Qafqazın ən güclü ordusu Azərbaycan ordusudur. Paradın təşkil olunması Ordumuzun işğal olunmuş torpaqlarımızı hər an azad etməyə qadir olduğunu göstərir. Bu mesajı bütün dünyaya verəcəyik. Paradın siyasi tərəfi də bundan ibarətdir”.

Cənubi Qafqazda paradın keçirilməsi Rusiyanı qıcıqlandıra bilərmi?


Eldar Namazov paradla bağlı danışarkən Rusiyanın obrazını göstərməyə çalışıb:


“Rusiyanın ənənəvi siyasəti var. Onlar güclər arasında balansı qoruyub saxlamağa çalışıblar. Xatırlayıram ki, 1991-ci ilin ortalarında məxfi sənədlər əldə etdik. Rusiyanın Ermənistana 1 milyard dollar dəyəri olan silahlar verməsi haqda xəbər qəzet səhifələrində çap olundu. Bunun ətrafında çox böyük qalmaqal qopdu. Demək olar ki, siyasi böhran yarandı. Həmin vaxt mərhum prezident Heydər Əliyevin Rusiyaya rəsmi səfəri oldu. O vaxtkı Rusiya prezidenti Boris Yeltsinlə üz-üzə oturub, bu məsələni ciddi müzakirə etdilər. Mən də həmin görüşdə Azərbaycan tərəfdən iştirak edirdim. Bunu gizlətməyin mənası yoxdur. Yadımdadır, Rusiya rəhbərliyi açıq deyirdi ki, “biz sizə imkan verməyəcəyik ki, Cənubi Qafqazda balansı dəyişəsiz. Nə qədər siz güclənsəniz də, biz Ermənistana köməklik edəcəyik ki, onlar hərbi balansı saxlaya bilsinlər”. Bilirsiz, bu, Rusiyanın ənənəvi siyasətidir. Son dövrlərdə də bəzi ermənipərəst Rusiya məmurları, ekspertləri də hərdənbir bu formulanı təkrarlayırlar: “Hərbi balansı qoruyub saxlamalıyıq”. Ancaq son illərdə Rusiyada da hərbi balansın Azərbaycanın xeyrinə pozulduğunu etiraf etmək üçün məcburdular. Ermənistanla hərbi balansı bərpa etmək üçün heç bir imkanları yoxdur”.


“Günnüt məsələsinə dırnaqarası yanaşmaq olmaz”


Politoloq sabahkı hərbi paradın siyasi əhəmiyyətindən danışarkən bu günlərdə işğaldan azad edilən Naxçıvn MR Şərur rayonunun Günnüt kəndi haqda da danışıb:

“Günnütün azad edilməsi mühüm hadisədir. Azərbaycan Ordusunun bu əməliyyatı çox böyük strateji əhəmiyyət kəsb edir. Bir çox hallarda mətbuatda bu əməliyyata qarşı əks-təbliğat da aparılır. Halbuki, həmin vaxtlarda cəbhədə vəziyyət gərgin idi. Gedən döyüşlərdə bir əsgər də şəhid verdik. Günnüt qələbəsi tarixi qələbədir. Bu məsələyə dırnaqarası yanaşmaq olmaz”.

İnterpress.az










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 374