Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Sevda ikinci ərindən ayrıldı

Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılıb.

Dərc edilib: 25 iyun 2018 [15:49]
Baxış sayı: 28363

İnterpress.az-ın Axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçi bu haqda özü xəbər verib. O bildirib ki, artıq övladlarını tək böyüdəcək:

"Bu gün ayrılığımı təsdiqləyirəm. Çox çırpındım bu ailənin dağılmaması üçün. Amma tək gücüm bu qədər yetdi. Allah bundan sonra balalarıma görə güc versin, onları böyüdüm. Çünki bu yaşda mən yiyəsizliyə dözə bilmirəm, onlar nə edər? Təşəkkür edirəm gözəl sözlərə, arzu-dualarınıza görə".

Xatırladaq ki, bu, Sevdanın ikinci nikahıdır. Sənətçi birinci həyat yoldaşı ilə cəmi 2 ay evli qalıb. Daha sonra isə Cəmil bəylə ailə qurub. Onun ilk evliliyindən bir oğul, ikinci nikahından isə bir qız övladı var. İfaçı Cəmilin anası ilə dəfələrlə qalmaqal yaşamışdı. Xanım Sevdanı oğlunun ailəsini dağıtmaqda günahlandırırdı.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112