Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Daha bir erməni təxribatının qarşısı alındı

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi tərəfindən görülmüş tədirlər nəticəsində bu ölkənin mobil operatoru olan “Etisalat”ın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” ilə rominq razılaşması ləğv edilib.

Dərc edilib: 25 iyun 2018 [16:16]
Baxış sayı: 15166

XIN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a bildirib ki, Ermənistan Beynəlxalq Telekommukasiya İttifaqının təlimat və qaydalarına zidd olaraq, onun üçün ayrılmış +374 beynəlxalq kodunu Azərbaycanın işğal olunmuş ərazilərinə də şamil edir və bununla Azərbaycanın radio-telekommunikasiya məkanına, radio tezliklərinə qanunsuz müdaxilə edir.

“Həmçinin, Beynəlxalq Telekommunikasiya İttifaqı ölkələr üzrə mobil kodlar (MCC) və mobil şəbəkə kodlarının (MNC) ayrılmasına məsul olduğu halda, “Karabakh Telecom” BTİ-nin E.212 saylı təlimatını pozaraq, “283” ölkə üzrə mobil kodunu və “04” mobil şəbəkə kodunu Azərbaycanın işğal olunmuş ərazilərində tətbiq edir.

Hal-hazırda Ermənistanda aparılan korrupsiya tərkibli cinayət işlərində “Karabakh Telecom” şirkətinin də adı hallanır.

Beynəlxalq hüququn norma və prinsiplərini, Beynəlxalq Telekommunikasiya İttifaqının təlimat və qaydalarını, həmçinin korporativ biznes etikası qaydalarını əsas tutaraq, ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” şirkətinin digər beynəlxalq mobil operatorlarla rominq əməkdaşlığı bundan sonra da dayandırılacaq”

İnterpress.az










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 376