Erməni rejissor: “Bu xalqdan olduğuma görə özümdən utanıram”backend

Erməni rejissor: “Bu xalqdan olduğuma görə özümdən utanıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Musavat.com-a istinadla xəbər verir ki, bu sözləri erməni rejissor və aktyor Vigen Stepanyan ru.in.am saytında erməni cəllad, müdafiə nazirinin keçmiş müavini general Manvel Qriqoryanın tutulması ilə bağlı təhlükəsizlik xidməti tərəfindən yayılan videogörüntülərə münasibət bildirərkən deyib.
Jurnalist Diana Davtyan bu kimi halların keçmiş iqtidarın vəzifəli şəxslərinin icazəsi olmadan başvermə ehtimalını xəbər alıb.
“Hesab edirəm ki, hər kəsin belə ədalətsliz, qanunsuz işlərin baş verdiyindən xəbəri olub. Lakin başqalarının sərvətini qarət etmək, oğurlamaq maniyası ilə bu cür alçalmağı ölkə əhalisinin çoxu təsəvvür etmirdi. Soruşduğunuz adamların nəinki məlumatları var idi, hətta özləri də belə naqis işlərdən uzaq durmayıblar”, – erməni rejissor deyib.

Ermənilərin “Arabo” dəstəsinin komandiri olmuş Manvel Yegizaryan da Manvel Qriqoryanın evindəki görüntülərin onun üçün təəccüblü olmadığını bildirir.

“Gözlənilməz deyirsiz? Siz hələ elə şeylər görəcəksiniz ki, Qriqoryanın əməlləri bunun yanında dənizdə damcıya bənzəyəcək. Siz elə bilirsiz ki, biz oğurluqlardan, qarətlərdən danışanda ağlımız çaşmşdı. Neçə ildir ki biz bunları car çəkirik. Mənə təəccüblü gələn ərzaqla dolu yeşiklərin anbarlarda qalmasıdır. Adamlar var ki, görməmişliyindən milyardlarla dollar və dramı ciblərinə qoyublar. Əxlaq mənzərəsi çöküb. İndi təsəvvür edin ki, bu cür aşağı keyfiyyətli insanlar bizi, əhalini, ordunu idarə ediblər və erməniləri dünyada tanıdıblar.

İnterpress.az