“Birgə məqsədimiz Əfqanıstanda sülh və təhlükəsizliyə nail olmaqdır” – Araz Əzimovbackend

“Birgə məqsədimiz Əfqanıstanda sülh və təhlükəsizliyə nail olmaqdır” – Araz Əzimov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun Bakıda keçirilən toplantısında açılış nitqində deyib.

O bu platformanın əhəmiyyətini qeyd edib: \”Bu, çox mühüm platformadır. Geniş tərkibli beynəlxalq ölkələr qrupu Əfqanıstan və \”Taliban\” münaqişəsinin həllinə dair əməkdaşlıqda çox maraqlıdır. Biz bu işdə kömək göstərmək və əməkdaşlıq etməyə, birgə səyləri daha da inkişaf etdirməyə şadıq.

Mən həmçinin məmnunam ki, biz bunu dost və qardaş ölkə üçün edirik. Bu ölkə ilə biz ümumi tarix, ümumi mədəniyyəti bölüşürük. Ümid edirəm ki, xalqlarımız gələcəkdə daha sıx əlaqədə olacaq, iqtisadiyyatın, ölkələrin inkişafı üçün bir-birinə kömək edəcək\”.

A. Əzimov bugünkü gündəliyin çox vacib olduğunu, ölkələrin müəyyənləşdirdiyi prioritet əsaslar üzərində qurulduğunu deyib: \”Bu həm də Əfqanıstan hökumətinin yaxşı nəticələr əldə etmək istədiyini göstərir.

Bu məsələ ilə bağlı digər formatlar da var, məsələn \”Tokio formatı\”. Hər bir formatın öz məqsəd və hədəfləri var. Bu baxımdan Beynəlxalq Təmas Qrupu uğurlu, vacib siyasi platformadır\”.

Nazir müavini bugünkü görüşün çox məhsuldar olacağına dair ümidvarlığını ifadə edib.

\”Bu ilin oktyabrında qardaş Əfqanıstanda keçiriləcək parlament seçkilərinin ən mümkün yollarla yaxşı təşkil olunacağına, nəticələrinin gələcəkdə stabilliyin möhkəmlənməsinə və növbəti prezident seçkiləri üçün yaxşı zəmin yaradacağına inanırıq\”, – deyə o qeyd edib.

İnterpress.az