Gözəl dəriyə sahib olmaq üçün nələri yeməliyik?backend

Gözəl dəriyə sahib olmaq üçün nələri yeməliyik?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərəzlər

Dietoloqlar çərəzləri “əbədi cavanlıq mənbəyi” adlandırırlar. Çünki onlar dərinin regenerasiya prosesini sürətləndirən K və koenzimom Q10 ilə zəngindir. Əslində bu maddələri bədənimiz 30 yaşa qədər özü istehsal edir. Amma daha sonradan onların çatışmazlığı dəri quruluğuna və tez qocalmasına səbəb olur.
Həmçinin çərəzlərin tərkibində çoxlu miqdarda E vitamini var ki, onların sayəsində dəri günəş və digər zərərli təsirlərdən qorunur. Unutmaq olmaz ki, gözəl dəri üçün qəbul edəcəyimiz çərəzlərin kilokalorisi çoxdur və artıq çəki yaranmasın deyə, onları 50 q olmaqla həftədə 3 dəfədən çox yemək məsləhət görülmür.

Gözəl dəriyə sahib olmaq üçün nələri yeməliyik?

Yağlı balıq

Tam əminliklə deyə bilərik ki, dəniz məhsulları ilə qidalanmaq sizi qırışlardan qoruyacaq. Balıq və digər dəniz məhsulları dərini cavan saxlayan A, D və Omeqa 3 kimi əsas vitamin mənbəyidir. Elə odur ki, rasionunuza qızılbalıq, skumbriya, sardina və s. kimi balıqlar daxil edərək, gənc və təravətli görünün.

Gözəl dəriyə sahib olmaq üçün nələri yeməliyik?

Nar

Dərinizin qocalmasının qarşısını almağa çalışan meyvələr sırasında ilk yerlərdən birini nar tutur. Məlumdur ki, yaş artıqca dərinin kollagenləri və elastiki lifləri qırılmağa başlayır. Tərkibindəki lazımı maddələri sayəsində nar bu prosesi ləngidərək, dərinizə cavan qalmağa kömək edəcək. Elə isə bu cür möcüzəvi meyvəni niyə qiymətləndirməyək?!

Gözəl dəriyə sahib olmaq üçün nələri yeməliyik?

Zeytun yağı

Məlumdur ki, ən tez quru dərilər qocalır. Zeytun yağı ilə dərinin quruluğunu azaldıb ömrünü uzatmaq olar. A, D, E vitaminləri və yağ turşuları dərinin təravətliliyinə faydalıdır. Onu da qeyd edək ki, zeytun yağının tərkibində yağ turşuları, B və E vitaminləri digər yağlarla müqayisədə 3 dəfə çoxdur.

Gözəl dəriyə sahib olmaq üçün nələri yeməliyik?

Yaşıl çay

Və budur! Dietoloqların ən çox sevdiyi yaşıl çay da dərini gözəlləşdirən məhsulların siyahısındadır. Amma onun qəbulu da qədərində olmalıdır. Yuxusuzluqdan yaranmış gözaltı “kisəcikləri” aradan qaldırmaq üçün yaşıl çayın əvəzi yoxdur. Resepti də sadədir: Səhərlər 2 paket yaşıl çay dəmləyirik, sudan çıxarırıq və soyuducuca qoyuruq. Soyumuş paketləri 10-15 dəqiqə müddətinə gözlərimizin üstünə qoyuruq.

Gözəl dəriyə sahib olmaq üçün nələri yeməliyik?

İnterpress.az