Bu ölkələrə qadınların getməsi qadağandır – SİYAHIbackend

Bu ölkələrə qadınların getməsi qadağandır – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadınlar üçün təhlükəli olan ölkələrin siyahısı açıqlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə nüfuzlu “The Thomson Reuters” fondunun 2018-ci ildə qadınların səyahət etməsi zamanı potensial təhlükə mənbəyi olan ölkələrin siyahısı haqqında apardığı araşdırmada deyilir.

Araşdırmaların aparılmasına qadın təşkilatlarından, qadınların hüquqlarının müdafiəsi üzrə təşkilatlardan və digər psixoloq-ekspertlərdan ibarət 1000-ə qədər nümayəndə cəlb olunub.

Beynəlxalq fondun qadınların səyahət etməsi üçün ən təhlükəli ölkələr arasında apardığı araşdırmalarda deyilir ki, təhlükəli ölkələrin siyahısı həmin ərazilərdə gedən sosial cinayət və terror hadisələrinin aktivliyinə görə müəyyən olunub.

Siyahıda birinci yerdə Hindistan qərarlaşıb. Məlum olub ki, Hindistanda qadınlar daha çox zorakılığıa məruz qalır. Qarşı cins tərəfindən təqib olunur. Bunun da yerli xalqın öz qədim adət-ənənələri ilə bağlı olduğu bildirilir.

Ən maraqlısı odur ki, siyahıda ABŞ-ın da adı qeyd olunub. Mütəxəssislər ABŞ-ı qadın həyatı üçün təhlükəli cəmiyyətin yerləşdiyi ərazi kimi dəyərləndiriblər.

Terrorizmin tüğyan etdiyi şərq əraziləri qadınların səyahət etməsi üçün uyğun olmayan ölkələr kimi müəyyənləşdirilib.

Belə ki, siyahıda Əfqanıstan, Suriya, Somali, Səudiyyə Ərəbistanı, Pakistan, Konqo, Yəmən, Nigeriya da yer alıb.

Səid Qərib
İnterpress.az