“Bir uşaq – bir dünya” – “Gənc Vətəndaş” təlim keçdibackend

“Bir uşaq – bir dünya” – “Gənc Vətəndaş” təlim keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Layihənin əsas məqsədi cəmiyyətin diqqətini uşaq hüquqlarının müdafiəsinə yönəltmək, müdafiə mexanizmləri haqqında uşaqlarla birbaşa çalışan insanların və xüsusi ilə valideynlərin məlumatlılıq səviyyəsinin artırılmasıdır. Layihə çərçivəsində ilk tədbir Bakı şəhərində keçirilib. Xətai rayonunda uşaqlar, qəyyumlar və məsləhətçilər üçün keçirilən maarifləndirici təlimi hüquqşünas Nuriyyə Abbasova aparıb.

Interaktiv formada keçirilən təlim zamanı uşaq hüquqlari, onların müdafiəsi və uşaqların vəzifələri iştirakçılara izah edilib. Uşaqların öz hüquqlarının müdafiəsi, əmlak məsələləri, hüquqi faktlarının müəyyən olunması və eyni zamanda sosial müavinət problemlərinin həll edilməsi mövzusunda suallarcavablandırılıb.

“Bir uşaq - bir dünya” – “Gənc Vətəndaş” təlim keçdi

Təlimin sonunda uşaqlara dərs materiallarının elektron formada saxlanılması və istifadəsi üçün\”Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyi tərəfindən flaş kart hədiyyə edilib.

İnterpress.az