Sarkisyanın ata evində də axtarış aparıldıbackend

Sarkisyanın ata evində də axtarış aparıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TASS xəbər verir ki, hazırda orada heç kim yaşamasa da, bina ailə yurdu kimi saxlanılır.

Qeyd edək ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin müstəntiqləri dünən ölkənin keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın evində apardıqları axtarış zamanı bankların birində 6,8 milyon dollar məbləğində əmanətlər haqqında saziş aşkar ediblər.

Serj Sarkisyanın qardaşı, xüsusi tapşırıqlar üzrə səfir Levon Sarkisyan, onun oğlu Narek və qızı Ani qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə düzgün məlumat verməməkdə ittiham ediliblər.

Bildirilir ki, saziş 2017-ci ilin ikinci yarısında Ermənistanın o dövrdəki prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan və onun qızı Ani Sarkisyanla bağlanıb.

Məlumatda qeyd olunub ki, L.Sarkisyan 2017-ci il ərzində xüsusi tapşırıqlar üzrə səfir olub. Qanuna uyğun olaraq o, gəliri və maliyyə vəsaitləri barədə bəyannaməni təqdim etməli idi. Lakin o və qızı tərəfindən banka təqdim edilən bəyannamədə vəsaitlər göstərilməyib.

Bundan başqa, Sarkisyanın oğlu 2017-ci ildə əmlakı və gəlirləri barədə bəyannamə təqdim etməyib. Ötən il onun əmlakı qanuni gəlirlərin məbləğindən xeyli çox artıb.

Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsində qanunsuz varlanma və digər maddələr üzrə cinayət işi başlanıb.

İnterpress.az