Politoloq: “Xəzər dənizində kənar dövlətlərin hərbi qüvvələri olmamalıdır”backend

Politoloq: “Xəzər dənizində kənar dövlətlərin hərbi qüvvələri olmamalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Politoloq Mübariz Əhmədoğlu deyir ki, Putin bu konvensiya layihəsini təsdiqləməklə Xəzərin əməkdaşlıq dənizi olduğunu və birgə istifadə edilməlisinin zəruriliyini göstərdi.

İnterpress.az xəbər verir ki, politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Putin bu konvensiya layihəsini təsdiqləməklə Xəzərin əməkdaşlıq dənizi olduğunu və birgə istifadə edilməlisinin zəruriliyini göstərdi:

“Rusiyanın şərti odur ki, Xəzər militarlaşmamalıdır. Yəni Xəzər dənizində kənar dövlətlərin hərbi qüvvələri olmamalıdır. Bu, Azərbaycanın da maraqlarına cavab verir. Çünki Xəzər dənizi bizim üçün iqtisadi subyektdir. Düşünürəm ki, bu, digər dövlətlərin də maraqlarına uyğundur. Bütün bunlar Rusiyanın Xəzər dənizi ilə bağlı siyasi iradəsinin fəaliyyətdə olmasının göstəricisidir”.

Konvensiyanın Xəzəryanı ölkələrin dövlət başçılarının bu ilin avqust ayında Qazaxıstanda keçirilməsi nəzərdə tutulmuş sammitində imzalanaraq qəbul edilməsi gözlənilir.

İnterpress.az