Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Uşaqları intihara sövq edən daha bir təhlükəli oyun yayıldı – Valideynlərin diqqətinə

Artıq 2 aydır ki, internetdə Momo adlı suisid təhlükəli onlayn oyunun yayıldığı barədə xəbərdarlıq olunub.

Dərc edilib: 17 avqust 2018 [13:37]
Baxış sayı: 3199

Mavi Balina kimi təhlükəli olan oyun bu dəfə vatsapda-da qurbanlarını tapır.

İnterpress.az Medicina.az-a istinadən xəbər verir ki, avatardanda qorxulu kukla olan oyun vatsap-ın siyahısında qəfildən peyda olur və yazır. Onu ləğv edib, pozmaq cəhdləri də alınmır.

Momo əvvəl " Salam, necəsən, nə xəbər, neynirsən” kimi sözlərlə başlayır.

Daha sonra sizin haqqınızda hər şeyi bildiyini deyib, şantaj edir.

Əgər uşaq dialoqu davam etdirsə, onu oyuna dəvət edir.

Əksərən gecələr mesajlar göndərən Momo zorakılıq görüntüləri, şəkilləri göndərir və tezliklə səni öldürəcəyini yazır.

Bu psixoloji terror o vaxta kimi davam edir ki, uşaq oyuna razı olur.

Razılıq verildikdən sonra tapşırıqlar gəlir: gecə evdən çıx, küçəni fırlan gəl, qaranlıq zirzəmiyə düş, boğazına bıçaq daya, qolunu kəs .

Qorxub razılaşmayanları yaxınlarının ölümü ilə təhdid edir.

Momo ilə nə qədər çox yazışma olsa, bir o qədər çox məlumat telefondan ötürülür və informasiyası çoxalır.

Oyunun qurbanları hər şeyə maraq göstərən "beyniqanlı” yeniyetmələr olur.

Hazırda Amerikada yayılan oyun 12 yaşlı argentinalı qızın ölümünə səbəb olub: O, telefonun kamerası qarşısında özünü asıb.

Polis qızın telefonunda vatsappda Momo ilə yazışmasını aşkarlayıb.

Amerikalı psixoloqlar oyunun getdikcə İspaniya, Almaniya, Hindistanda yayıldığını söyləyiblər. Tezliklə Rusiya və Asiyaya keçəcəyinin qeyd edən psixoloqlar pedaqoq və valideynləri uşaqları nəzarətsiz saxlamamağı tövsiyə ediblər.

Xatırladaq ki, son 2 ildə dünyanı bürüyən Mavi balina oyununa görə rəsmi olaraq 18 nəfər uşaq intihar etmiş, 28 nəfər yaralanmış, qeyri-rəsmi məlumata görə yüzlərlə uşaq özünə qəsd etmişdir. Azərbaycanda da ötən il bölgələrdə bir neçə uşağın səbəbsiz qəfil intiharını bu oyunla əlaqələndirmişdilər.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112