Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"Mən yalnız jurnalistəm" - Aqşin Babayev

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Aqşin Babayevin 80 illik yubileyi qeyd olunub.

Dərc edilib: 18 noyabr 2016 [16:20]
Baxış sayı: 4853

İnterpress.az xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov A.Babayevin həyat və yaradıcılığından danışıb.

Ə. Amaşov bildirib ki, Aqşin Babayev Azərbaycan mədəniyyəti üçün yararlı şəxslərdən olub:“ A.Bababyev əmək fəaliyyətinə tələbə ikən Respublika radiosundan başlayıb. Türkiyəyə, Ərəb ölkələrinə, İrana və cənubi Azərbaycana verlişlər hazırlayan redaksiyaların baş redaktoru təyin olunub. Əsas işindən ayrılmadan 10 il ingilis, fransız, alman və ispan dillərində nəşr olunan “ Moscow News” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. Ölkəmizin ictimai həyatı, mədəniyyəti və incəsənəti haqqında həmin qəzetin səhifələrində yazılar dərc etdirib. Üzeyir Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Tahir Salahov kimi sənətkarlarımızı xarici ölkə oxucularına tanıtdırıb, Azərbacan Yazışçılar Birliyinin üzvüdür. Bir sıra əsərləri ölkə teatrlarında tamaşaya qoyulub. Hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri vəzifəsində işləyir. A.Babayevi 80 illik yubleyi münasibəti ilə təbrik edirəm, ona can sağlığı arzu edirəm”.

"Mən yalnız jurnalistəm" - Aqşin Babayev


Daha sonra, Ə. Amaşov Mərbuat Şurasının diplomunu təqdim edib.

Mərasimdə A. Babayev də çıxış edib, gələn qonaqlara təşəkkürünü bildirib. Və bir çox peşələrdə çalışsada özünü yalnız jurnalist adlandırdığını vurğulayıb.

"Mən yalnız jurnalistəm" - Aqşin Babayev


Tədbirin davamında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək səbəbkar haqqında fikirlərini bildirib: "A. Babayev, Azərbaycan mədəniyyəti və incəsənəti üçün çox önəmli insandır. Mən A.Babayevi səmimi insan kimi tanıyıram. O, bizim ağsaqqalımızıdır. Hətta onunla eyni binada yaşayırıq. Aqşin müəllimi ətraflı tanıtmağa ehtiyac yoxdur. Çünki onun yaradaıcılığını və insaniyyətliyini hər kəs yaxşı bilir. Aqşin Babayev sizi 80 illik yubileyiniz münasibəti ilə təbrik edirəm, sizə can sağlığı arzu edirəm. Sizin təcrübənizdən daim bəhrələnəcəyik”.

Nəzərinizə çatdıraq ki, tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

Qeyd edək ki, Aqşin Əli Səttar oğlu Babayev 1936 ci il noyabrın 23 noyabrda Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Univeristetinin filologiya fakültəsini bitirib. Aspiranturada oxuyub, elmlər doktoru adını alıb. 30-dan çox kitabın müəllifidir. 32 il Azərbaycan Radiosunda çalışıb, əməkdar jurnalistdir”.

Gülşanə Mustafayeva
İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 47