Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Kimə səs verməliydim, Əli Kərimliyə?

Bir ölkədə kanal bağlana və insanlar sevinə…

Ölkədə olmadığım üçün internet çətinliyi yaşayıram. Amma fürsət düşən kimi paylaşımlara baxıram, xəbərləri izləyirəm. ANS kanalının bağlanması ilə bağlı bir çox paylaşlmlar məni məyus etdi.
Bir ölkədə kanal bağlana və insanlar sevinə... Hayret... pes...

Birincisi, demokratik və hüquqi dövlətdən danışırıqsa, media bunun ayrılmaz bir parçasıdır. Bir kanalın bağlanması ölkə vətəndaşını sevindirirsə deməli, bu insanlar hələ tam vətəndaş ola bilməyib.
O kanalın nə yayınladığını bir tərəfə qoyaq, əgər bunu müzakirə etsək günahkar kanal yox, yenə biz vətəndaşlar çıxarıq. Çünki, bir xalq və ya cəmiyyət, topluluq necədirsə televiziyası da odur, o cürdür. Qısacası, bu hadisə çırtma çalıb oynayacağınız hadisə deyil. Kanalın bağlanma səbəbinə gəlincə isə, bizə açıqlanan səbəb budur, bəlkə daha fərqli səbəblər var, nə bilirsiniz?

Bir hadisə haqqında küyə gedib nə gəldi yazmaq doğru deyil. Müstəqillikdən bu günə kimi kanal işlədi, pulunu, biznesini qazandı, yetərincə sözə baxdı, hətta xırda məmurlara belə lazım gəldi xidmət etdi, onlar haqqında gerçək xəbərlər vermədi. Efirdə qonaq danışanda aparıcıları ən primitiv sosial-içtimai qınaq, tənqidin belə qarşısını almaq üçün ekspertlərə danışmağa imkan vermədi.

Məsələn, Rövnəq müəllim haqqında bir dəfə də olsun tənqid və ya olan neqativ hadisəni nə saytında nə radio nə də telvziyasında vermədi. Çünki, çünkisi özlərinə yaxş məlumdur,bizi ilgiləndirməz. Bu qədər xidmətlərdən sonra, indi bu kanal niyə bağlansın ki?

Qənirənin müsahibəsinə gəlincə, bir jurnalist özbaşına reportaj edə bilməz. Ona deyiblər, o,da bir şəhərdən başqa şəhərə gedib müsahibə edib.

Bu kanal rəhbərliyinin günahıdır. Qəhrəman olmaq istədi guya. Amma kimin üçün? Unudur ki, ANS artıq o ANS deyil. İşiniz əyləncədi, gedin Nadir Qafarzadənizi, Səidənizi, nə bilim Telli Borçalınızı çəkin də. Gedin, öz məhlənizdə oynayın da. Arığın nə işi var qoruqda ki, vurub qıçını sındırsınlar?

Guya Televiziyaçılıq edirmiş. Türkiyə mediasında qalaq -qalaq yazılar getdi ki, SOCAR nurçulara dəstək verir, amma siz ANS olaraq SOCAR-dan1 cümlə belə vermədiniz. Onda edərdiniz bu müsahibəni. İndi guya əlləri hər yerə çatan kanal olub. Süni qəhrəmnanlıq ancaq bura qədər olar. Amma ümid edirəm ki, layiqi cəzəlarını aldıqdan sonra, kanal yenidən fəaliyyət göstərər. İşçilər yazıqdı.
Müdürlər kifayət qədər yığıb. Qəpik quruşa işlətdikləri insanlara oldu olan.

Gələk ikinci məsələyə.

Konstitusiyada nəzərdə tutulan prezident seçkisinin vaxtının uzadılmasına. Şəxsən mən buna razıyam. Çox səmimi deyirəm. Mən indi Bakıda da deyiləm, qorxacaq tərəfim də yox. Facebookda xeyli adam istədiyini yazır qorxmadan. Mənim də qorxacaq yerim yoxdur. Mən hazırki prezident və siyasi prosesdən razıyam. Seçkidə də İlham Əliyevə səs verdim. Kimə səs verməliydim? Əli Kərimliyə? Ya başqasına? Ömür boyu arxalarınca gələn insanları 5 kuruşa satan insanlar, hələ prezident olmadan, siyasi partiya lideri ikən haqq yeyən, pul bölə bilməyən, ev-eşiyini dolduran, pulları alıb işçisine maas verməyən, gəlir mənbəyi bilinməyən, hətta valideynlərinin bələ hökümətdən pul alıb müxalifətçilik etdiyini deyən insanlar mənim gözümdə prezident yox e, heç qapıçı da ola bilməz.

Bu siyasi yazı deyil qətiyyən, səmimi hisslərimdir. Mənim sadəcə məmurlardan şikayətim olur olanda, onu da hara lazımdı ora qədər də bildirirəm, haqqımı tələb edirəm. İndi də seçkilərin 7 ilə uzadılmasına görə narahat deyiləm. Guya yeni gələn xalqı düşünüb gəlir... kim də gəlsə bizi daha betər edəcək. O üzdən gəlin, facebookda yalançı qəhrəmanlıq etməyək.

Onların yanındakılar belə onlara ciddi mənada inanmırlar. Bu da mənim tam səmimi fikrimdi.






Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 426