Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Dost kimdir, düşmən kim?

Qədim zamanlarda şirin sulu bir göldə yaşayan su qurbağalarına ilanlar müsəllət olur. İlanlar hər gün qurbağaları ovlayıb yeyirlər. Vəziyyətin bu şəklə gəldiyini görən çarəsiz qurbağalar özlərinə çıxış yolu axtarırlar. Qurbağalar ilanlardan xilas olmaq üçün gölə leyləkləri dəvət edirlər. Bu dəvəti qəbul edən leyləklər, ilanların çoxunu yeyir, qalanlarını isə oradan qovurlar. İlanların öz cəzalarına çatdığını görən yazıq qurbağalar bu haldan çox razı qalırlar. Beləcə onlar rahatlığa çıxdıqlarını düşünürlər.

Amma, taleyi qara yazılan qurbağaların sevinci çox uzun çəkmir. Bu dəfə leyləklər acır və qurbağaları yeməyə başlayırlar. Qurbağalar ilanlardan xilas olduqdan sonra leyləklərin qurbanına çevrilirlər. Onlar iki yol ayrıcında qalırlar. Nəhayət leyləkləri özlərinə dost bilən bu zavallılar, onlardan canlarını xilas etmək üçün ilanlara tərəf qaçırlar. Bu dəfə də ilanların yeminə çevrilirlər. Bir tərəfdən leyləklər, digər tərəfdən ilanlar onları yeyirlər. Bu cür çıxılmaz vəziyyətdə qalan qurbağaları bir fikir çox narahat edir: Görəsən onların dostları kimdir, düşmənləri kim?!







Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 399