Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Yazmağı özümə borc bildim

Mən bunları yazmağı özümə borc bildim, onun haqqına girib tənqid etmişəm axı...

Xaricdə, Azərbaycan hüdudlarından kənardə yüzlərlə iş adamı həmyerlilərimiz var. Onların çoxu sözdə azərbaycanlı olsa da əməldə vətənə, millətə yaddılar. Onlar üçün vətən, “Azərbaycan, şəhid, qazi anlayışı yoxdur. lakin elə həmvətənlərimiz var ki, onlar üçün Azərbaycan və azərbaycançılıq anlayışı hər şeydən üstündür.

Onlardan biri Avropa Azərbaycanlıları Konqresinin vitse prezidenti, Dünya Azərbaycanlıları Birliyi və Ümumdünya Azərbaycan Mədəniyyət fondunun prezidenti Füzuli Məmmədovdur. Füzuli müəllimin bu gün yubileyidir. Mən Füzuli Məmmədovu yaxın keçmişdə haqqında gəzən şayələrə inanıb haqsız yerə tənqid etmişəm. Lakin, son vaxtlar Azərbaycan diasporası adına Füzuli müəllimin həyata keçirdiyi layihələr əsil vətənpərvər olduğunu təsdiq etdi. Füzuli müəllimin şəhid, qazi ailələrinə mənzil hədiyyə etməsi, onların ailə üzvlərinin problemlərinin həllinə yardımçı olması. Azərbaycan Respublikasının vətəndaşı olmadığı halda Azərbaycan naminə, azərbaycançılıq adına yüzlərlə işlər görməsi məni bu yazını yazmağa vadar etdi, Mən bunları yazmağı özümə borc bildim, onun haqqına girib tənqid etmişəm axı...

Əminəm ki, Füzuli müəllim doğum günü münasibəti ilə yüzlə təbrik məktubu alıb. Onların içində dövlət rəsmiləri, media nümayəndələri, şəhid və qazi ailələridə var. Bu təbriklərin içində məni ən çox sevindirən Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri dəyərli ziallımız, diasporamıza təmənnasız xidmət edənlərin dostu, Azərbaycanda ən səmimi məmurlardan olan Nazim İbrahimovun təbriki məni qürurlandırdı.
Demək ki, əməyə qiymət verilir.

Məndə dəyərli Füzuli müəllimi doğum günü münasibəti ilə təbrik edir, ona uzun,sağlam ömür arzu edirəm. Əminəm ki, Füzuli müəllim, sizin adınız yüz illər sonra Hacı Zeynalabdinlə bir çəkiləcək. Bir daha sizi təbrik edirəm.

Yaxşı ki, Azərbaycanın, türk dünyasının sizin kimi dəyərli oğulları var.

Yazmağı özümə borc bildim


Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 312