Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

İpli kukladan heç bir fərqi qalmayan EYNULLA...

Xeyli vaxtdır ki, yazı yaza bilmirəm. Bəlkə də həyatımdakı dəyişikliklər səbəbi ilə ölkədən uzaq olmağım, otuzaltı illik rutin həyatımın birdən birə, həm də 8 saat fərq ilə dəyişməsi məni biraz hadisələrdən və operativlikdən uzaq salıb. Amma olsun, hər şeydən yazmaq da bir mərifət deyil. Təbii ki, yazmağa anlamlı fikirlərimiz olmadıqdan sonra. Həm də yazdığım və dediyim fikirləri hissetməsəm susmağı seçirəm hər zaman.

Kiməsə xoş gəlmək üçün hissetmədiklərimi deməməyə və yazmamağa çalışıram.

Bu günlərdə iki məsələ mənə toxundu və onun üçün yazıram və yazımı oxuyan hər kəsi də ayrıca salamlayıram.

Qürurlanmaq və hava atmaq kimi görünməsin, bu yazımı da Amerikadan yazıram. Nə üçün vurğuladım bunu, səbəbini də deyim.

Bir söz var, deyirlər özünə kənardan baxıb danış. Uzaqda olmağım özümüzə kənardan baxa bilmə imkanını verir mənə.

Belə olanda sanki daha fərqli görünür hər şey.

Uzaqda olmaq o demək deyil ki, əqidəndən və bildiyin doğrulardan uzaqlaşıb, baş verən hər hadisəyə uzaq olmalısan. Əsla...

Uzaqdan daha yaxın ola bilmək, hissedə bilmək önəmlidir və bu yazını da hissedərək yazıram.

Əvvəla, Bakıda Narkoloji dispanserdə baş verən yanğın zamanı həlak olanlara Allahdan rəhmət, yaxınlarına isə başsağlığı verirəm. Orada həlak olan insanlar acı çəkərək həyatını itirib. Allah bir daha belə faciələr yaşatmasın bizə.

Yaxından tanıdığım, işlərinin haqqını verən və çox çalışdıqları üçün də müəyyən fasilələrlə hücumlara məruz qalan ya da məruz qoyulan Sabir Rüstəmxanlı və Qənirə Paşayevaya qarşı olan növbəti sayıqlamalara qarşı fikir bildirmək istəyirəm.

Təbii ki, bu insanların mənim müdafiəmə eytiyacları yoxdu, amma bizim cəmiyyətimizdə bu cür insanlara ehtiyacımız var.

Biri xalq şairi, ömrünü kitaba, yazıya həsr etmiş, millətinin vəkili olmuş ziyalı, digəri də hazırda millət vəkili bir xanım.

Bir topluluq, maddi dəyrlərlə formalaşıb xalq ya da millət olmaz.

Xalqı topluluqdan ya da kütlədən fərqləndirən onun mənimsəmiş olduğu və sahib çıxdığı mənəvi dəyərləri, aydınları və ziyalıları tərəfindən yazılan ədəbiyatlardır.

Biz xalq olaraq dəyərlərimizə sahib çıxmasaq, yeri gələndə qorumasaq, müdafiəsinə qalxmasaq bu cəmiyyət üçün kimsə özünü fəda etməz. Necə ki, bu gün hamımız bundan şikayətçiyik. Heç kim aşkar danışıb özünü və ailəsini təhlükəyə atmaq istəmir. Heç kim də işini, gəlirini itirmək istəmir, sözünü deməsi üçün qəhrəman axtarır. Xalqın sözünü deyən biri olanda da meydanda tək buraxılır,kimsə onu qorumaq üçün barmağını belə tərpətmir.

Sizin yerinizə danışmayanda da az qalır linç edəsiniz. Sizin canınız candır, başqalarınkı un torbası? Sizin pulunuz puldur, başqasınınkı kağız parçası?

Belə düşündüyünüz müddətcə, heç kusura baxmayın, kimsədən də inciməyin, heç kim sizin yerinizə atəşlə oynamaz.

Bu cəmiyyətdə bu düşüncə olduğu müddətcə heç kim önə doğru addım atmayacaq. Hamı "Mənə nə?" deyəcək.
Bilirsiz nə üçün? Çünki Onlara olacaq hücumlar zamanı meydanda tək qalacaqlarını bildikləri üçün. Yəni Özünü düşünən insanları elə bu cəmiyyət özü yetişdirir.

Hər il 26 Fevral günü yaxınlaşanda Xocalı faciəsi ilə bağlı Azərbaycanda və müxtəlif ölkələrdə anma tədbirləri keçirilir.

Belə tədbirlərdən biri də Amsterdamda keçirildi. Bir çox həmkarımla yanaşı siyasilərin də iştirak etdiyi bir platform hazırlanmışdı. İştirakçılardan biri tədbiri Facebook vasitəsi ilə canlı yayımlayırdı və mən də səhər yeməyimi yeyə-yeyə izlədim.

Çıxışçılar arasında sabiq millət vəkili, xalq şairi, çox sevdiyim Sabir Rüstmxanlı da vardı.

Bəli, çox sevdiyim deyirəm, çünki bu sevgiyə layiq görürəm Sabir bəyi. Heç kim bunu fərqli şərh eləməsin ki, sevdiyi insanlardan yazır. Əlbəttə sevdiyim insanlardan da yazmalıyam. Bu tərəfkeşlik deyil, bu heç danışmamaqdansa az da olsa danışanı, söz deyəni qorumaqdır.

Şairin işi əlinə qılınc alıb hakimiyyətə qarşı qılıc oynatmaq deyil. Şairin qılıncı onun qələmidir.

Şeirlərində, yazılarında üstüörtülü nəsə yazmağı belə bu dövr üçün cəsarətdir. Bunu heç olmasa qırmayın insanlarda.

Ayrıca kim sevdiyi və dəyər verdiyi insanı müdafiə etməz? İçinizdə belə biri var mı?

Qorumursa demək ki, ya sevmir ya da şəxsi mənafeləri və qorxuları var.

Doğrular elə qorxusuzca deyildiyi üçün dəyərlidir. Və deyənlər də elə bunun üçün cəsartlidir.

Tədbirdə Sabir bəyin çıxışından sonra jurnalist Eynulla Fətullayevə söz verdilər. müasir media dilində desəm ŞOK oldum.

Bəli, erməni vandalizminə qarşı təşkil olunan bir tədbirdə, Eynullaya söz verilir. O Eynulla ki, Xocalı faciəsini Ermənilərin törətmədiyini deyirdi.

Bu faciəni ümumiyyətlə faciə kimi yox, özümüzün törətdiyi bir əməl kimi qiymətləndirirdi. Nə qədər acı bir səhnəydi bilirsinizmi?

Bizim üçün də acı idi amma ən çox Eynulla üçün kədərliydi bu vəziyyət. Eynullaya orda çox acıdım. Bilirsinizmi niyə acı səhnə idi?

Xocalı faciəsində ömrünün sonuna qədər söz demə haqqı olmayan birinə söz verilir və o ayağa qalxıb rus dilində çıxış edir. Fatmanisələri və bölgə insanlarını xor görür. İkinci kədərli məqam isə Eynullanın özü üçün idi.

Əvvəl dediyin sözləri sənə yedirdib indi səni hara istəyirlər aparırlar və nə istəyirlər dedirdirlər. Bəli, acıların ən böyüyüdü bu Eynulla üçün.

Bizim üçün ən böyük üzüntü isə odur ki, Bir ipli kukladan heç bir fərqi qalmayan Eynulla orda da ən çox söz haqqına sahib olan Sabir Rüstəmxanlıya dil uzadır. Və nə hakimiyyət mediası, jurnalisti, yazarı nə də ki, insanlar bu irini sıxıb bədənimizdən çıxarmır.

Sataşdığı məqam isə odur kki, guya Sabir Rüstəmxanlını prezident seçkilərində İlham Əliyevi dəstəkləmir. Sabir Rüstəmxanlı cəbhəssindən buna açıqlama gəldi.

Amma deyək ki, lap elə dediyin kimidir. Sənin yaşından böyük Sabir Rüstəmxanlının siyasi fəaliyyət təcrübəsi var və Ana müxalifət partiyasının sədridir.

Bir müxalifət partiya sədrinin prezident seçkilərində fikrini deməsindən təbii nə var? Müxalifət partiyaları hakim partiyanı dəstəkləsə o zaman müxalif olmaz.

Eynulla Fətullayevin iddiasından belə anlayırıq ki, guya Sabir bəy əvvəl prezidenti dəstəkləməyib, indi isə dəstəkləyir və bunu sanki əqidəsinə sahib çıxmaması kimi qiymətləndirir. Bu əqidə məsələsində kim danışsa yenə hardasa qəbul etmək olar.

Amma bu məsələdə Eynullanın söz deməsi bir təhqirdir. Əvvala gəlin yadımıza salaq görək ki, Eynulla nə üçün həbs edilmişdi.

Onun özü iddia edə bilər ki, guya bu müxalif bir media orqani yaradmışdı, həqiqətləri deyirdi və ona görə də həbs edilmişdi. Əslində isə belə deyildi.

Eynulla Siyasi səbəblərdən yox, Xocalı ilə bağlı fikirlərində, torpaqları işğal edilmiş insanları təhqir etdiyi üçün həbs edilmişdi.

Yəni siyasi əqidə məsələsində dik duruş sərgilədiyi üçün həbs edilməmişdi. İddia edirsə ki, bunun üçün həbs edilib və biz də bununla razılaşdıq tutaq ki...

O zaman həbsdən sonra Eynullanın siyasi duruşuna nə oldu? Həbsə girəndə də çıxanda da eyni hakimiyyət idi.

Nə dəyişdi ki, Eynulla Fətullayevin siyasi duruşu, qəddi-qaməti qırıldı? Dəyişən heç nə yox idi, Eynullanın özündən başqa.

İndi utanmadan başqalarının siyası duruşunu, əqidəsini mühakimə edir.

Xocalının il dönümündə içində az da olsa bir utanma duyğusunun olmasını gözləyərdim səndən və o məclisdə durub "Mən bir zamanlar Xocalı ilə bağlı belə bir qələtlər yazmışam, bilməmişəm, səhv etmişəm, məni bağışlayın" deməyini.

Amma sən bunu etmədiyin müddətcə heç bir danışığının təsiri olmayacaq. Səni məcburən belə tədbirlərə aparsalar belə orda söz sahibi ola bilməyəcəksən.

Orda sadəcə yamaq ya da çıx artıq görünəcəksən. Növbəti il, 26 Fevralda səndən bu addımı gözləyirəm. Bu qələtin üzürü diləməyini.

Ondan sonra bu cür məclislərdə "Səhvini anlayıb, gerçəkləri görən adam" qismində çıxış edərək təsirli ola bilərsən.

İnterpress.az


Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 381