Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

İrəvan xanlığı Azərbaycan xanlıqlarından biri idi

XVI əsrin əvvəllərində (1502-ci ildə) Səfəvilər dövləti Qərbi Azərbaycanı öz inzibati ərazi bölgəsinə daxil edərək, mərkəzi İrəvan şəhəri olmaqla Çuxursəd bəylərbəyliyini yaratdı. Bu ad Qərbi Azərbaycanın ilk coğrafi adı hesab olunur. Qərbi Azərbaycanın əksər bölgələrinin bir bəylərbəyliyində birləşdirilməsi sonradan onun müstəqil dövlət kimi forma¬laşmasında çox böyük rol oynadı.
XVI əsrin ikinci yarısında Çu¬xursəd bəylərbəyliyi Rəvan (İrə¬van) əyaləti kimi tanınmaqla Qər¬bi Azərbaycan bölgəsi yeni coğra¬fi ad qazandı. Bölgənin İrəvan şə¬hərinin adına uyğun olaraq adlan-dırılması sonralar bu yerin "İrəvan xanlığı", "İrəvan quberniyası" və "İrəvan qəzası" kimi tarixə düş-məsinə səbəb oldu və Qərbi Azərbaycan həmin adla tanındı. Tarixi mənbələrə görə, "İrəvan" sözü hələ e.ə.VIII əsrdə mövcud olmuş, eramızın VII əsrindən baş¬layaraq strateji mərkəz kimi tanın¬mışdır. "İrəvan" türk sözü olaraq rəvanlıq, düzənlik mənasını verir. Şərq mənbələrində və orta rus ar¬xiv sənədlərində İrəvan şəhəri "Rəvan" adlandırılmışdır. Bu da şəhərin dağlarla əhatə olunmuş rəvan (düzənlik) yerdə yerləşməsi ilə əlaqələndirilmişdir. Məlum olduğu kimi, həmin bölgələrdə yaşayan azərbaycan türkləri "r" hərfi¬nin əvvəlinə "İ" hərfi əlavə edir¬dilər. Məsələn, Rza-İrza, Mirzə-İmiızə, rahat-irahat, rəhmət-irəhmət və s. Ona görə də Rəvan şəhəri İrəvan adlandırılmışdır. Sonralar ermənilər bu sözü öz dil¬lərinə uyğunlaşdıraraq onu "Erivan", "Yerevan" kimi işlətmişdilər.
..."Erebuni" qalası hələ eramız¬dan əvvəl 782-ci ildə Urartu çarı I Arqişti tərəfindən İrəvan şəhəri ərazisində, şəhərin cənub-şərq tərəfində Qanlıtəpə adlı yerdə sa¬lınmışdır. O, qədim türk şəhər - qalalarından biri olmuş və e.ə. IV əsrə qədər mövcud olmuşdur. Ta¬rixi mənbələrdə Erebuni şəhəri "İşpini" kimi də göstərilmişdir. Erebuni sözü qədim türk dilində "ərlər boyu" mənasını verən "erbi" və urartu dilində "ölkə" mə¬nasını verən "uni" sözlərindən ya¬ranmış, "ərlər boyunun ölkəsi" anlamını verir. Erebuninin İrəvan şəhərinin ilkin adı olduğu da öz təsdiqini tapmışdır. Sovet dönə¬mində ermənilər əski erməni əlifbası ilə yazılmış bir neçə daş par¬çasını İrəvan qalası ərazisində tor¬pağa basdırmış, bir müddət sonra, guya, qazıntılar zamanı tapıldığını iddia edərək bütün dünyaya yay-mışlar. Onlar İrəvanın erməni şə¬həri olduğunu təsdiqləmək üçün hətta Yerevan şəhərinin 2500 illiyini də qeyd etdilər. Lakin onla¬rın tarixi saxtakarlıqları indi də kağız üzərindədir.
1590-cı ildə olduğu kimi, 1728 - ci ildə də İrəvan əyaləti Osmanlı imperiyasının tərkibində olarkən əyalətin müfəssəl dəftəri tərtib edilmiş, Naxçıvan bölgəsinin ic¬ma dəftərindən Zəbil, Zar, Şərur nahiyələri çıxarılaraq İrəvan əya¬lətinin tərkibinə daxil edilmişdir. Bu zaman İrəvan əyaləti Mülki, Axsaxala, Məvazeyi-Xatın, Aslanlı, Qarabağ, Dərəşam, Dərə-şahbuz, Bazarçay, Şərur, Zəbil, Zar, Əlincə, Sisyan, Azadçıqan, Ordubad, Şorlud, Dəmiqad kimi 16 nahiyədən və bir qəzası olan Naxçıvan livasından ibarət olmuş¬dur. Əyalətdə türk müsəlmanlar 73%, ermənilər və qeyri millətlər 27%i təşkil etmişdir.
1736 -1747-ci illərdə mərkəzi Təbriz şəhəri olmaqla Azərbay¬can vilayəti yaradıldı. Bu zaman Çuxursəd bəylərbəyliyi də ləğv edilərək Qərbi Azərbaycan "İrə¬van vilayəti" kimi Azərbaycan vi¬layətinin tərkibinə daxil edildi. 1747-ci ildə Azərbaycan vilayə¬tində, 20 müstəqil xanlıq yaradıldı və bu xanlıqlardan biri də İrəvan xanlığı oldu. İrəvan xanlığı Ağrıdağ düzənliyini, Göyçə gölü höv¬zəsini və Araz çayının cənub-şərqə doğru uzanan ərazisini əhatə edirdi. Azərbaycanın şimal-şər¬qində yerləşən bu xanlıq mərkəzi İrəvan şəhəri olmaqla Naiblərin idarə etdiyi Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərə kənd, Saatlı, Talin, Seyidli-Axsaxlı, Sərdarabad, Karpi, Abaran, Dərəçiçək, Göyçədən ibarət 15 mahaldan və Şörəyel sultanlığından ibarət idi. İrəvan xanlığı 1797-ci ilədək 50 il müs¬təqil dövlət kimi mövcud olmuş¬dur. Hətta 1797-1828-ci illərdə də bu bölgədə İran hakimiyyəti bərpa olsa da, xanlıq öz mövcudluğu¬nu itirməmişdir.
Xanlığın öz inzibati ərazi xəri¬təsi, bayrağı, xüsusi idarəetmə formaları var idi. Qeyd edək ki, erməni kilsələrinin katalikosu da ölkənin başçısı olan xan tərəfin¬dən təyin olunurdu. Erməni tarix¬çisi Hovanes Şahxatun Erməni Sovet Ensiklopediyasında İrəvan xanlığından bəhs edərək yazır ki, 1410-cu ildən başlayaraq 1828-ci ilədək İrəvan xanlığını Azərbay¬can türkü olan 49 xan idarə etmiş¬dir.
Qərbi Azərbaycan İrəvan xanlı¬ğının əhalisinin əksəriyyəti azərbaycan türklərindən, az bir hissəsi isə erməni və qeyri millətlərdən ibarət olub. XIX əsrin əvvəllərindən başlayaraq Rusiya ilə İran arasın¬da gedən müharibələr zamanı rus qoşunları birinci növbədə strateji əhəmiyyət daşıyan İrəvan qalasını ələ keçirməyə çalışmışlar. İrəvan qalası Zəngi çayının kənarındakı Qanlıtəpə adlı yüksəklikdə yerlə¬şirdi. Qalanın mübarizəsinə qalx¬mış yerli əhali ölüm-dirim müha¬ribəsinə girərək, böyük fədakarlıq göstərdilər. Ruslar bütün qüvvə¬lərdən istifadə etsələr də, İrəvan qalasını ələ keçirə bilmədilər. La¬kin xanlığın torpaqlarından Gorus, Qafan və Sisiyan mahallarını işğal etdilər. 1813- ci ildə bağlanmış Gülüstan sülh müqaviləsinə əsasən Azərbaycan ikiyə bölündü. Naxçıvan və İrə¬van xanlıqları İran torpaqları he¬sab edildi. 1826-1828-ci illərdə II Rus - İran müharibəsi çar Rusiya¬sının qələbəsi ilə nəticələndi. İrə¬vanda müvəqqəti idarə üsulu ya¬radıldı.
1828-ci ilin mart ayının 21-də Rusiya ilə İran arasında bağlanmış Türkmənçay sülh müqaviləsinə əsasən İrəvan və Naxçıvan xan¬lıqları ləğv edildi, Rus çarının əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibati ərazisində "erməni vilayəti" adlı müvəqqəti idarə üsulu yaradıldı və İrəvan şə¬həri ermənilərə paytaxt kimi "hə¬diyyə" verildi.
1828-ci ildən başlayaraq çar Rusiyasının havadarlığı ilə yaxın dövlətlərdən İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə ermənilə¬rin kütləvi surətdə köçürülməsinə başlandı. Bu yeni erməni dövləti yaratmaq siyasəti bir əsrdən də çox davam etdirildi. Hətta bu köçürülmələrdən sonra da İrəvan xanlığı ərazisində azərbaycan türkləri və müsəlmanlar əhalinin 76,24 faizini, erməni və qeyri millətlər isə 23,46 faizini təşkil edirdi. Qər¬bi Azərbaycan torpaqlarında er¬məni dövləti yaratmaq üçün er¬mənilər və onların havadarları bi¬rinci növbədə yerli əhalini, azəri türklərini sıxışdıraraq dədə-baba yurdlarından qovmağı, onlara məxsus tarixi abidələri məhv et¬məyi qarşılarına məqsəd qoydu¬lar. XIX əsrin əvvəllərindən XX əsrin sonunadək onlar öz məqsədlə¬rini həyata keçirmək üçün insanlı¬ğa xas olmayan bütün vasitələr¬dən istifadə edərək, milyonlarla azərbaycan türkünü əzəli və əbədi yaşa¬yış məskənlərindən didərgin sal¬dılar. Minlərlə tarixi abidəni yer üzündən sildilər. Təkcə İrəvan şəhəri və onun yaxınlığında dağı¬dılmış möhtəşəm tarixi abidələr¬dən bir neçəsi barədə məlumat vermək istərdim;
- 1604-cü ildə I Şah Abbasın İrəvan qalası ərazisində Sərdar sarayının şərqində yerləşən I Şah Abbas məscidi.
- 1725-ci ildə Rəcəb Paşa tə¬rəfindən İrəvan qalasında inşa edilmiş möhtəşəm məscid.
- İrəvan qalası və onun ətra¬fında inşa edilmiş 8 məscid kompleksi.
- 1510-cu ildə Şah İsmayılın əmri ilə İrəvanda inşa edilmiş Şah İsmayıl məscidi (1918-ci il¬də həmin məscidə müsəlmanla¬rı dolduraraq od vurub yandır¬mışdılar).
- 1413-cü ildə inşa edilmiş Sərdarabad türbəsi.
- 1510-cu ildə İrəvan sərdarı Əmirquni xan Qacar tərəfindən ucaldılmış və İrəvan xanı Hüseynəlixan tərəfindən 1782-ci il¬dən təhkimləşdirilmiş Sərdar qalası.
- Sərdarabad qalası - Türk- müsəlman qalası.
- Uzunlar qalası və s.
Ümumiyyətlə, 1912-ci ilədək Qərbi Azərbaycanın İrəvan qəza¬sında 42, Üçmüəzzin qəzasında 33, Zəngəzur qəzasında 35 böyük həcmli tarixi abidələr və məscid¬lər dağıdılaraq yer üzündən silin¬mişdir. Ermənilərin Qərbi Azər¬baycana köçürülməsi 1828-ci il¬dən başlayaraq mərhələlərlə hə¬yata keçirilmişdir. Tarixi faktlara əsasən görürük ki, ermənilərin in¬diki Ermənistana köçürülməsi 1953-cü ilədək davam etmişdir. Bununla bağli bir neçə dövrə nə¬zər salaq:

-1828-ci ildən başlayaraq;

İrandan - 40.000 nəfər,
Türkiyədən - 84.600 ııəiər,
Suriyadan - 30.000 nələr.

-1914-1922-ci illərdə;
Türkiyədən - 70.000 nəfər.
Fransadan - 30.000 nələr.

-1945-ci ildən başlayaraq;
İran, Suriya, Livan, Bolqarıs¬tan,Yunanıstan, Rumıniyadan – 509.000 nəfər.

-1947-ci ildən;
Fələstin, Suriya, Fransa,
ABŞ, Misir, Yunanıstan,
İraq, Livandan - 35.400 ııəfər.
-1948-ci ildən başlayaraq;
Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan, İrandan - 40.000 nəfər,
Rumıniyadan - 100.000 nəfər köçürülmüşdür.
Əsası rus çarı I Pyotr tərəfindən qoyulan erməniləri himayə siya¬səti sonralar Rusiyanın digər çar¬ları və bolşevik Rusiyası tərəfin¬dən davam etdirilmişdir. 1768-ci ildə Rusiya çariçası II Yekaterina ermənilərin himayə edilməsi haq¬qında əmr imzalamışdır. 1802-ci ildə çar I Aleksandr Sisyanova yazdığı məktubda deyilirdi: 'Nə olursa-olsun ermənilər Azərbay¬canın bu və ya digər xanlıqlarında məskunlaşdırılmalı və onlardan istifadə olunmalıdır ".
Qərbi Azərbaycandan azərbaycan türkləri mərhələli şəkildə qovulanıq də¬də-baba yurdlarından çıxarılmış¬dır:
I mərhələ: 1828-1905, 595.000 nəfər;
II mərhələ: 1905-1907. 275.000 nəfər;
III mərhələ: 1918-1920. 575.00nəfər;
IV mərhələ: 1948-1953. 120.000nəfər;
V mərhələ: 1988-1989, 250.000 nəfər qovulmuşdur.
Bu mərhələlərdə 1 milyon nə¬fərdən artıq azərbaycan türkü öldürül¬müşdür. Qərbi Azərbaycandan qovulan azərbaycanlılara 105 mil¬yarddan çox ABŞ dolları həcmin¬də maddi ziyan dəymişdir. Təkcə 1988-1990-cı illərdə Ermənistan¬dan qovulan azərbaycanlılara 6,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulmuşdur.
Göründüyü kimi, 1827-ci ildə İrəvan xanlığının işğalından sonra erməni faşistləri tərəfindən Qərbi Azərbaycan torpaqları tamamilə işğal edilmiş, azərbaycan türklərinə məxsus bütün tarixi abidələr dağı-dılmış, bütün yaşayış yerləri məs¬kənlərinin adları erməniləşdirilmiş, bütün azəri türkləri dədə-baba yurdlarından qovularaq, mülki əhalinin əmlakı talan edilmişdir. İndi Qərbi Azərbaycanda bir nə¬fər də olsun azərbaycanlı yaşamır.
XIX əsrin əvvəllərindən baş¬layaraq, əvvəllər Rus imperiyası¬nın, sonralar isə bolşevik Rusiya¬sının havadarlığına arxalanan er¬mənilər qədim Azərbaycan torpa¬ğında qondarma erməni dövləti yaratsalar da, bu torpaqların kim¬lərə məxsus olduğunu çox yaxşı başa düşürlər. Bu torpaqların sa¬hiblərinin gec-tez öz dədə-baba yurdlarına qayıdacağı, quldurların işğalından azad edəcəyi zaman uzaqda deyil. İndi tarixi havadar¬larının böyük köməyinə arxalana¬raq Qərbi Azərbaycan və Qarabağ torpaqlarını işğal altında saxlayan erməni daşnakları bilməlidirlər ki, bu torpaqlar hansı yolla olursa-ol¬sun azad ediləcək və düşmən özü nəlayiq cəzasını alacaqdır.
Ölkə Prezidenti İ.Əliyevin son zamanlar İrəvan xanlığı torpaqlarının Göyçə, Zəngəzur və s. mahallarının qədim Azərbaycan torpaqları olması və bu torpaqların işğaldan azad edilməsi barədə “Ermənistan”a qarşı kəskin mesajları vaxtında atılmış addımdır. Qərbi Azərbaycanlılar nəyin bahasına olursa olsun, gec-tez öz dədə-baba yurdlarına qayıdacaqlar.

İrəvan  xanlığı Azərbaycan xanlıqlarından biri idi

İrəvan  xanlığı Azərbaycan xanlıqlarından biri idi

İrəvan  xanlığı Azərbaycan xanlıqlarından biri idi

İrəvan  xanlığı Azərbaycan xanlıqlarından biri idi

İrəvan  xanlığı Azərbaycan xanlıqlarından biri idi


Səməndər Çaxmaqlı
“Qərbi Azərbaycan – İrəvan Xanlığı Torpaqlarına
qayıdış İctimai Birliyi”nin rəhbəri”



Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 340