Dərc edilib: 11-01-2017

http://www.interpress.az/60632-.html

Putinin "düşməni" nazir oldu

11.01.2017 11:39:40

Dünya
İnterpress.az "Vesti Ru"ya istinadən xəbər verir ki, zamanında Rusiyada yaşayan və iqtisadçı-jurnalist kimi fəaliyyət göstərən C.Freeland əslən Ukraynadandır. Rusiya prezidenti Vladimir Putin-in kəskin tənqidçisi kimi tanınır. 2014-cü ildən Moskva onun Rusiyaya girişinə qadağa qoyub.Kanadanın baş naziri J.Trudeau jurnalistlərin C.Freeland-in təyinatının ölkə siyasətinə təsiriylə bağlı suallarına cavab verməyib.C.Freeland isə nazir kimi Rusiyaya səfər etmək imkanının olub-olmayacağı barədə suallara «Bu sual Moskvaya ünvanlanmalıdır» deyə cavab verib. O, hökumətin siyasətiylə razılaşdığını, bütün ölkələrlə, o cümlədən Rusiyayla münasibət yaratmağın tərəfdarı olduğunu söyləyib.Ukraynanın Krım vilayəti Rusiyaya ilhaq olunandan sonra Kanada bəzi Rusiya rəsmilərini qara siyahıya salmış, buna cavab olaraq Moskva da Kanadaya sanksiyalar qoymuşdu. C.Freeland-ın da adı siyahıda idi və Twitter səhifəsində o, bununla fəxr etdiyini yazmışdı. 2015-ci ildə isə «Quartz» jurnalı C.Freeland-ın «Mənim Ukraynam və Putin-in böyük yalanı» məqaləsini dərc edib.İnterpress.az

İnter Press səhifəsindən çap edilib