Dərc edilib: 01-10-2017

http://www.interpress.az/77822-.html

Azərbaycan cüdoçusu Zaqrebdə Qran-Pri yarışının qalibi olub

01.10.2017 15:31:31

İdman
İnterpress.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, yarışda 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Cüdoçumuz ardıcıl olaraq Xorvatiya, İtaliya, Yaponiya, Braziliya və İsveç təmsilçilərini məğlub edib.Qran-Pri turnirində qalib gələn idmançımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.Turnirdə 47 ölkədən 249 cüdoçu mübarizə aparır.İnterpress.az

İnter Press səhifəsindən çap edilib