Aİ ilə Azərbaycan arasında imzalanacaq saziş üzrə tövsiyələr qəbul edildibackend

Aİ ilə Azərbaycan arasında imzalanacaq saziş üzrə tövsiyələr qəbul edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”Report\”a Avropa Parlamentinin mətbuat xidmətindən məlumat verilib.

Sənəd 564 səs çoxluğu ilə qəbul edilib, 69 nəfər sənədin əleyhinə səs verib, 47 nəfər isə bitərəf qalıb.

Avropa İttifaqı Şurası, Avropa Komissiyası və Avropa İttifaqının Xarici siyasət xidmətinin rəhbərinə tövsiyyə olunub ki, imzalanacaq saziş hər iki tərəfə fayda gətirməli, Azərbaycanda insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi üçün möhkəm təməl yaratmağa kömək etməli, məhkəmə sisteminin islahatını dəstəkləməlidir və s.

Eyni zamanda, Avropa Parlamentinin deputatları ümid edirlər ki, danışıqlar tez bir zamanda keçiriləcəyi və bütün əsas şərtlər yerinə yetiriləcəyi təqdirdə, yeni saziş 2019-ci ildə keçiriləcək növbəti Şərq Tərəfdaşlığı sammitindən əvvəl imzalana bilər.

\”Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır, Azərbaycan isə Avropa İttifaqı üçün strateji enerji tərəfdaşıdır – bu sənədlə bizim münasibətlərin şərçivəsini yeniləmək zamanı çatıb\”, bu hərtərəfli saziş ilə əlaqələr çərçivəsində yeniləmək üçün vaxt deyil\”, – Avropa Parlamentinin məruzəçisi Norika Nakolay bildirib.

İnterpress.az