Bakıya gəlmiş turist xalqı və ölkəni təhqir etdi: “Acıqla Dağlıq Qarabağa gedəcəyəm”backend

Bakıya gəlmiş turist xalqı və ölkəni təhqir etdi: “Acıqla Dağlıq Qarabağa gedəcəyəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Bir də heç zaman Azərbaycana qayıtmayacağam! Burada kimsə rus dilində danışa bilmir. Heç ingilis dilini də yaxşı bilmirlər. Rüsvayçılıqdır! Siz ki, mənə belə elədiniz, belə davrandınız, mən də gedirəm Dağlıq Qarabağa\”.

Belarus vətəndaşı Vladimir Mosesov belə deyir.

O, internetdə \”Vlad Maqa\” kimi tanınan səyyah-bloqerdir. YouTube-da \”Magashow\” adlı kanalı da var.

24 yaşlı V.Mosesovun və ya \”Vlad Maqa\”nın son videosu Azərbaycan barədədir. \”Dağıstandan Azərbaycana bir gün. Erməni Bakıda\” adlı 36 dəqiqəlik videosu ölkəmizin, xalqımızın aşağılanmasından ibarətdir.

Özünü \”turistlərin baş çəkmədikləri, turistlərə göstərilməyən məkanlara səyahət edən bloqer\” kimi təqdim edən V.Mosesov Azərbaycana Belarus vətəndaşı kimi gəlib, sərhəddə də Belarus pasportunu göstərib.

O, Bakını dolaşandan sonra cənuba, Lənkəran və Astara rayonlarına yollanıb.

Ucqar dağ kəndlərini gəzən \”Maqa\” burada yerli sakinlərin rus dilində sərbəst danışa bilməmələrinə \”təəccüblənib\” və bunu ironiya ilə şərh edərək \”Təsəvvür edin – bu insanlar rus dilini bilmirlər! Ümumiyyətlə, bilmirlər!\”

Azərbaycan-İran sərhədinə yaxın kəndləri gəzən \”Maqa\” burada ondan sənədlərini göstərmək istəyən insanları ələ salır, \”Bu adamlar niyə polis kimi davranırlar?\” söyləyib gülür.

\”Bloqer\” anlamır və anlamaq da istəmir ki, istənilən ölkənin həmsərhəd bölgəsində, sərhədə yaxın yaşayış məntəqəsində peyda olan yad adam bütün hallarda diqqət çəkir, şübhə doğurur.

\”Maqa\” sonda Gəncəyə yollanır və bunu, \”yaxın insanın xahişi\” ilə izah edir.

Məsələ isə çox sadədir: Vladimir Mosesovun atası ermənidir və o, babasının evini görmək üçün Gəncəyə gedib. Özünün dediyinə görə, milli mənsubiyyətini yəqinləşdirməkdə çətinlik çəkdiyindən \”böyüklərinin bir zaman yaşadıqları evə baş çəkmək\” istəyib.

Gəncədəki sabiq Fioletov, idiki Əziz Əliyev küçəsindəki 127 saylı evi axtaran \”Maqa\” istədiyini tapır. Amma gəncəlilərin onunla davranışından narazı qalır.

\”Ermənilər barədə niyə belə pis danışırsınız?! Lənət olsun, siz niyə ermənilərə belə deyirsiniz?! Bax, lap mən erməniyəm, sonra?!\” söyləyən \”bloqer\” sanki münaqişə yaratmağa can atır, sakinləri aqressiyaya təhrik edir.

\”Gəncə dəyişib, insanlar dəyişib. Mən tolerantam, amma belə adamları görəndə sanki içdən partlayıram. Evə daxil ola bilmədim. Ev yiyəsi yoxdur, arvadı da haradasa veyillənir. Əşşi, nə isə… Deyəsən, indi kim olduğumu anlayıram. Ora, Qarabağa getməsəm, özümü bağışlaya bilmərəm. Nifrət içimi dağıdır\”.

Video Dağlıq Qarabağda \”Maqa\”nın görüntüləri ilə başa çatır.

Dağlıq Qarabağdakı terrorçu rejimin və Ermənistan ordusunun səngərlərini, mövqelərini çəkən \”Maqa\” özündən razı şəkildə deyir: \”Artıq buradayam. Bura Dağlıq Qarabağdır\”. (milli.az)

İnterpress.az