3799 dollarlıq çanta İranı qarışdırdı – FOTObackend

3799 dollarlıq çanta İranı qarışdırdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın 29 il öncə vəfat edən dini lideri Ayətullah Ruhullah Xomeyninin nəvəsi Əli İrşakinin həyat yoldaşı və iki qızı ilə çəkdirdiyi şəkil ölkədə ən çox müzakirə olunan məsələyə çevrilib.
Buna səbəb İrşakinin qızı Yasəmənin qolundakı bəbir naxışlı çanta olub.

İranlı jurnalistlərin araşdırmalarından sonra bəlli olub ki, çanta İtaliyanın Dolce & Gabbana brendinə məxsusdur. Çantanın qiyməti isə 3 min 799 dollardır.

Çantanın qiyməti və İrşaki ailəsinin şəkili #IranRegimeChange (İranda rejim dəyişikliyi) həştəqi ilə minlərlə istifadəçi tərəfindən paylaşılıb. Paylaşımlarda qeyd olunub: \”Xomeyni ailəsindən olanlar lüks həyat tərzi keçirərkən, İranın böyük əksəriyyəti kasıblıq həddində yaşayır. İranın elit təbəqəsi ilə xalq arasında böyük uçurum var\”.

Bu hadisələrdən sonra Yasəmən \”Snapchat\”dan paylaşdığı şəkildə çantanın saxta olduğunu bəyan edib: \”Xəbərlərdə qeyd olunan qiymətin yüzdə birini verin, çantanı sizə verim\”.

Qeyd edək ki, İşraki ailəsinin lüks həyat tərzi ilə bağlı aparılan ilk araşdırma Yasəmənin Dolce & Gabbana çantası deyil. Bundan öncəki araşdırmalarda Əli İrşakinin həyat yoldaşının istifadə etdiyi Burberry marka çantanın 1090 funt-sterlinq qiymətə olduğu bilinmiş və böyük tənqidlərə məruz qalmışdı. Belə olduğu təqdirdə Yasəmənin çantasının saxta olmasına heç kim inanmaq istəməyib. (azvision.az)

3799 dollarlıq çanta İranı qarışdırdı - FOTO

İnterpress.az