Rus futbolçuların yenə dopinq qəbul etdikləri iddia olundubackend

Rus futbolçuların yenə dopinq qəbul etdikləri iddia olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Musavat.com-a istinadla xəbər verir ki, bu məlumat Almaniyanın “Bild” qəzetində verilib.

Qəzetin jurnalistləri Mark Şmidt və Tomas Zultser Nürnberqdə yerləşən Biotibbi və farmaseptik araşdırmalar institutunun direktoru Frits Zedlerdən rusiyalı idmançıların hansı səbəbdən olduqca qoxulu və boğucu olan qazı iylədiyini soruşublar.

“Ammonyak iş qabiliyyətinə olduqca müsbət təsir göstərir. Belə ki, o həm yorğunluğu aradan qaldırır, həm də iş zamanı faydalılıq əmsalını yüksəldir. Bu maddə birbaşa ciyərlərə daxil olduğu üçün nikotin və kofeindən daha tez təsir göstərir. Əgər ümumilkdə qiymət versək, onun dopinq kimi qəbul edilməsi və dərhal qadağan olunması lazımdır”, – ekspert izah edib.

Alman mütəxəssisin fikrincə, burada söhbət kombinasiya edilmiş dopinqdən gedə bilər: “Ümumiyyətlə situasiya onu göstərir ki, futbolda güclənməyə təsir göstərən və hələ qadağan olunmayan hər şeyi sınaqdan keçirirlər. Özü də hər kəs bilir ki, nikotin və kofeinin ammonyakla qarışığı ən azı qadağan olunmuş stimulyativ preparat qədər effekti verə bilir”.

Dünya çempionatında məhz rusiyalı futbolçuların bu məsələdə gözə batması Zedleri təəccübləndiməyib: “Rusiya zatən SSRİ dövründən Qərbdə hələ məlum olmayan metod və maddələrdən istifadə etməklə ixtisaslaşıb”.

Zedler Rusiyanın dövlət və xüsusi xidmət orqanlarının idmanla sıx bağlı çalışdığını vurğualayıb: “Xüsusilə kosmonavtika sahəsində çalışan əczaçılıq mütəxəssisləri kosmonavtlara xüsusi şəraitdə dözməyi təmin edən dərmanların hazırlanması işində böyük nailiyyətlər əldə ediblər. Daha sonra bu dərmanlar idmana da daxil olunub”.

Alman ekspert Rusiyada dövlət dopinqinin işlədiyini də xatırladıb: “Köhnə qvardiya hələ də fəaliyyətdədir. Onlar öz varislərinə bildiklərini ötürməyi bacarıblar”.

Zelderin fikrincə, hətta bu il Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən sonuncu Qış olimpiadasında rus idmançılarda qadağan olunmuş meldoniy maddəsinin tapılması rusların hətta ən iri beynəlxalq yarışlarda da öz əməllərindən vaz keçmədiklərini göstərir.

Bundan başqa alman mütəxəssis futbolçuların ammonyak qarışıqlı maddəni qəbul etməsi ilə bağlı rus futbol məmurlarının izahatlarını olduqca gülünc və “köhnə dəbli” adlandırıb.

İnterpress.az