Fransızlar şokdan ağladılar – 30 nəfər yaralandıbackend

Fransızlar şokdan ağladılar – 30 nəfər yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Nitsa şəhərində futbol üzrə 2018-ci il dünya çempionatının yarımfinalında qarşılaşan ölkə millisi ilə Belçika arasında matçın final fitinə bir neçə dəqiqə qalmış yaranan çaxnaşma nəticəsində təqribən 30 nəfər xəsarət alıb.

İnterpress.az report-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, çaxnaşmaya havaya fişəng və ya tüstü şaşkasının atılması səbəb olub. İnsanlar qaçmağa başlayıblar, onlardan bəziləri barlarda gizləniblər, bir çoxları şokdan ağlayıblar.

Küçələrdən birində yerləşən kafenin masa və stulları basabas nəticəsində çevrilib. Hadisə yerinə altı \”təcili yardım\” briqadası göndərilib.

İnterpress.az