Ailə qurmaq üçün ideal yaş təyin olunubbackend

Ailə qurmaq üçün ideal yaş təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Saglamolun.az-a istinadla xəbər verir ki, alimlər yüzlərlə ailə cütlüklərin münasibətlərini təhlil etdikdən sonra ailə qurmaq üçün ideal yaş təyin edib. Mütəxəssislərin fikrinə görə, bu 28-32 yaşlar arasıdır.

Bu yaşlarda ailə quran insanlar özünü daha xoşbəxt hiss edir və bu yaş qrupunda boşanmaların faizi ən aşağıdır.

Əksinə isə 20 yaşında ailə quranlar ən tez-tez boşanır. Mütəxəssislərin fikrinə görə, bunun səbəbi həyat təcrübəsinin az olmasıdır .

40 yaşa yaxın ailə quranlar da ailə həyatında çoxlu problemlərlə üzləşir. Bu yaşlarda ailə quran insanlar bir çox hallarda bunu son şans kimi qiymətləndirir və bu da tez-tez düz seçim etməyə mane olur.

İnterpress.az