Ronaldo “Yuventus”a keçməsinin səbəbini açıqlayıbbackend

Ronaldo “Yuventus”a keçməsinin səbəbini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Apasport.az-ın məlumatına görə, bu sözlər Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldoya məxsusdu.

Bu gün “Real”dan “Yuventus”a keçən ulduz oyunçunun vida məktubu sabiq klubunun saytında yerləşdirilib: “Burda aldığım sevgi və dəstək üçün hamıya təşəkkür edirəm. Hesab edirəm ki, həyatımda yeni mərhələyə başlamaq vaxtı çatıb. Buna görə də klubdan məni satmaqlarını xahiş etdim. Azarkeşlərdən məni başa düşmələrini xahiş edirəm”.

Klubda və ətrafındakılara təşəkkür edən Ronaldo “Real”da keçirdiyi dövrü dəyərləndirib: “Bu, möhtəşəm 9 il idi. Hətta unikal idi. Eyni zamanda çox ağır idi. Çünki “Real”da tələblər çox yüksək idi. Bu klubda futboldan aldığım zövqü unutmayacam. Burada əla komanda yoldaşlarım var idi. Onlarla üçü ardıcıl olmaqla 5 ildə 4 dəfə Çempionlar Liqasının qalibi adını qazandıq. Birlikdə çoxsaylı fərdi mükafatlar, o cümlədən 4 “Qızıl top”, 3 “Qızıl buts” əldə etdim. Bütün bunlar yalnız bu möhtəşəm və mükəmməl klubda mümkün oldu. “Real” mənim və ailəmin ürəyimi fəth edib. Çox düşündüm və yeni mərhələyə başlamaq qərarına gəldim. Lakin bu forma, bu emblem və “Santyaqo Bernabeu” daim mənim olacaq. 9 il öncə dediyim kimi “Yaşasın Madrid”.

İnterpress.az