Miyənküdə faciə — Uşaqları xilas etmək istədi, hamısı boğuldun –  YENİLƏNİBbackend

Miyənküdə faciə — Uşaqları xilas etmək istədi, hamısı boğuldun – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, hadisə axşam saat 15 radələrində baş verib.

Bakıdan doğulduğu Miyənkü kəndinə istirahətə gedən 37 yaşlı Kərimova Vüsalə Sabir qızı 11 yaşlı oğlu Kərimov Elmar İlqar oğlu və 9 yaşlı qardaşı oğlu Zamanov Hüseyn Şəmkir oğlu ilə birlikdə kəndin kənarında moruq dərməyə gedib. Başı moruq yığmağa qarışan ana uşaqları nəzarətsiz qoyub. Gölə girən uşaqlar batmağa başlayanda qadının kənarda oturan qızı anasına xəbər verib. Uşaqları xilas etmək üçün özünü gölə atan ana da suda batıb. Azyaşlı qız kəndə qaçaraq köməyə adam çağırıb. Lakin bir saat sonra hadisə yerinə gələnlər boğulanlara heç bir kömək edə bilməyiblər. Göldə axtarış aparan FHN-in dalğıcları batmış meyitləri iki saatdan sonra sudan çıxarıblar.

***
Masallının Miyənkü kəndində göldə üç nəfər batıb.
İnterpress.az-ın APA-ya istinadən məlumatına görə, onlardan biri qadın, ikisi isə azyaşlıdır.
Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölənlərin şəxsiyyəti müəyyənləşib. Onlar Miyənkü kənd sakini, 1981-ci ik təvəllüdlü Vüsalə Sabir qızı Kərimova, onun oğlu, 2007-ci il təvəllüdlü Elmar İlqar oğlu Kərimov və V. Kərimovanın qardaşı oğlu, 2009-cu il təvəllüdlü Hüseyn Şəmşir oğlu Zamanovdur.

Məlumata görə, V. Kərimova ailəsi ilə birgə Masallıya istirahətə gəlib. Uşaqlarla dincəlmək üçün isə göl kənarına gedib. Göldə çimən uşaqların boğulduğunu görən V. Kərimova onları xilas etməyə çalışarkən özü də batıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az