Cənubi Qafqazın 3 politoloqu Paşinyanın hakimiyyətə gəlişini təhlil ediblərbackend

Cənubi Qafqazın 3 politoloqu Paşinyanın hakimiyyətə gəlişini təhlil ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, Gürcüstan və Ermənistan politoloqları “Qafqaz vətəndaş dinləmələri mərkəzi”nin Tiflisdə təşkil etdityi “Ermənistanda məxməri inqilab: Bakı, Tiflis və İrəvandan baxışlar” adlı konfransda Nikol Paşinyanın hakimiyyətdə olduğu ilk 3 ayı dəyərləndiriblər.

İnterpress.az Musavat.com-a istinadən xəbər verir ki, konfransda Azərbaycandan Hikmət Hacızadə, Ermənistandan Tiqran Xzmalyan, Gürcüstandan isə Eduard Aznavurov çıxış ediblər.

Erməni politoloq Tiqran Xzmalyan Nikol Paşinyanın hakimiyyətə gəlməsinin Rusiya üçün olduqca gözlənilməz olduğunu iddia edib. Buna rəğmən o, Serj Sərkisyanın dövlət başçısı postundan getməsinin Kremlin maraqlarına uyğun gəldiyini bildirib.

Xzmalyanın sözlərinə görə, Serj Sərksiyanın bəzi məsələlərdə Qərbə meylliliyi, xüsusilə Avropa Birliyi ilə saziş imzalaması, 2016-cı il aprel hadisələrindən sonra Almaniyaya səfər etməsi Kremli ondan xeyli soyudub.

“Lakin hər halda Putin Serj Sərkisyanın yerinə Qərbyönümlü Paşinyanı deyil, “Kremlə sadiq” adamı görmək istərdi”, – Xzmalyan deyib.

“Nikol Paşinyan baş nazir olduqdan sonra Gürcüstanın 3-cü prezidenti Mixail Saakaşvilidən fərqli olaraq Ermənistanı Rusiya ilə üz-üzə qoymayaraq, onunla əvvəlki müttəfiqlik münasibətlərində qaldığını bəyan etdi. Buna baxmayaraq Paşinyanın ölkə daxilində yeritdiyi siyasət və köhnə komandaya qarşı apardığı mübarizə, buranı korrupsiya əlaqələri ilə idarə edən Rusiyanın mövqelərini zəiflədir”, – erməni politoloq bildirib.

Cənubi Qafqazın 3 politoloqu Paşinyanın hakimiyyətə gəlişini təhlil ediblər

Tiqran Xzmalyan

Erməni politoloqu Dağlıq Qarabağda irimiqyaslı hərbi əməliyyatların yaxın zamanlarda başlanmasını istisna etməsə də onun bu il baş verməyəcəyini söyləyib. Xzmalyana görə, Rusiya müharibə başladıqdan sonra Azərbaycan tərəfindən sülhməramlı olaraq bölgəyə dəvət ediləcək və burada öz qoşunlarını yerləşdirmək imkanını qazanacaq.

Azərbaycan politoloqu Hikmət Hacızadə Xzmalyanın sözlərinə ciddi etiraz edib. Hikmət Hacızadə Prezident İlham Əliyevin rəsmi şəkildə Rusiyaya sülhməramlı olaraq gəlməsi üçün müraciət etməyəcəyini bildirib.

Hikmət Hacızadə öz çıxışında Nikol Paşinyanın hakimiyyətə gəlməsinin Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunacağı barədə heç bir illüziya doğurmadığını söyləyib.

Cənubi Qafqazın 3 politoloqu Paşinyanın hakimiyyətə gəlişini təhlil ediblər

Hikmət Hacızadə

Hikmət Hacızadə bütün hallarda Ermənistan və Dağlıq Qarabağ erməniləri arasında münaqişənin baxış tərzləri arasında fərqliliklərin olduğunu bildirib. Onun fikrincə, əgər Qarabağ erməniləri Azəbaycanla birləşməyi rədd edirsə, Ermənistan əhalisi bu münaqişənin neqativ nəticələrini həmişə görüb. Belə ki, Ermənistan son 30 ildə iqtisadi faydaları, habelə qonşu ölkələrlə diplomatik münasibətləri inkişaf etdirmək imkanlarını əldən buraxıb. Ölkə iri nəqliyyat, enerji və digər tranzit layihələrindən məhrum olub.

“Bzim üçün önəmli olan Qarabağın mürtəce klanının hakimiyyətdən getməsi olub. Bu gün Ermənistanın siyasətini erməni cəmiyyəti müəyyən edir. Doğrudur, indiki halda bu, qeyri-müəyyənlik kimi görünsə də, hər halda ümidzilikdən yaxşıdır”, – Hikmət Hacızadə söyləyib.

Gürcüstan nümayəndəsi Eduard Aznavurov isə Paşinyanın ilk addımlarının gürcüləri məyus etdiyini bildirib:

“Gürcüstanda ilkin dövrlərdə Paşinyanın qələbəsi böyük şövqlə qarşılanmışdı. Lakin sonrakı hadisələr, o cümlədən onun ilk səfərini Rusiyaya gerçəkləşdirməsi, habelə BMT Baş Assambleyasının 72-ci sessiyasında gürcü qaçqınlarının Abxaziyaya qaytarılması barədə qətnaməyə Ermənistanın əleyhinə səs verməsi bütün bu gözləntiləri ortadan qaldırdı. Biz ümid edirdik ki, Ermənistan heç olmasa, səsvermədə ən azı ya iştirak etməyəcək, ya da bitərəf qalacaq. Lakin bizim təəccübümüzə rəğmən rəsmi İrəvan bizlər üçün olduqca ağrılı məsələdə qarşımıza çıxdı”.

İnterpress.az