Cəlilabadda qorxulu olay - Nəhəng ilan vətəndaşın həyətinə soxuldu - FOTO » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Cəlilabadda qorxulu olay - Nəhəng ilan vətəndaşın həyətinə soxuldu - FOTO

Cəlilabadda nəhəng ilan vətəndaşın evinə soxulmaq istədi.

Dərc edilib: 12 iyul 2018 [12:54]
Baxış sayı: 44973

Cəlilabad rayonunda uzunluğu 3 metrdən çox olan ilan öldürülüb.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, rayonun Alar kəndində Qiyasov Faiq İsmayıl oğluna məxsus yaşayış evinin yerləşdiyi həyətdə növü hələ ki, bəlli olmayan ilan aşkarlanıb.

Uzunluğu 3 metrdən böyük olan zəhərli ilan ev sahibi tərəfindən öldürülərək zərərsizləşdirilib.

Hadisə nəticəsində xəsarət alan olmasa da, ev sahibinin ailəsində qorxulu anlar yaşanıb.

İlkin məlumata görə, ilan rayonun Alar kəndinin çöllük ərazilərindən yaşayış olan tərəfə gəlib. Məlumatda uzunluğu 3 metr 10 santimetr, eni 30 santimetr olan nəhəng ilan növünün çəkisinin 10 kiloqrama yaxın olduğu bildirilir.

Cəlilabadda qorxulu olay - Nəhəng ilan vətəndaşın həyətinə soxuldu - FOTO


Seid Qərib
İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 54