Çingiz Abdullayev: “Dünən ən mühüm hadisə baş verdi”backend

Çingiz Abdullayev: “Dünən ən mühüm hadisə baş verdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin Müşahidə Şurasının sədri Çingiz Abdullayev şəxsi “facebook” səhifəsində yazıb. O, matçdan sonra paltardəyişmə otağında oyunçularla görüş zamanı yaşananları açıqlayıb: “İstənilən cəmiyyətdə əsas dəyişiklik insanların şüurunda olan dəyişikliklərdir. “Qəbələ”dən 8 qol buraxaraq uduzduğumuzu xatırlayıram. Üç gün bazadan getmədim. Həyatım boyu belə xəcalət çəkməmişdim! Dünən \”Neftçi\” qalib gəldi. Bir qələbə hələ heç nəyi həll etmir. Lakin ən mühüm hadisə baş verdi. Oyundan sonra Müşahidə Şurasının üzvləri və klub rəhbərliyi paltardəyişmə otağına komandanı təbrik etməyə düşdü. Biz elan etdik ki, hamı mükafat alacaq. Bu zaman futbolçular özləri təklif etdilər ki, onlara ödəniş edilməsin! Bildirdilər ki, qarşıda cavab oyunu var. Bax belə! 20 qat Macarıstan çempionu bizi məğlub edə bilər, biz istənilən digər oyunda uduza bilərik. Məğlubiyyətdən Almaniya və ya Braziliya yığmaları da sığortalanmayıb. Amma uşaqlar əsas qələbələrini artıq qazanıblar! Onlar özlərinə hörmət edən peşəkar oldular! Öz meydanlarında keçirdikləri avrokubok matçında məğlub duruma düşsələr də, futbolçular sarsılmadılar, son dəqiqəyə qədər oynadılar və 3 top vurdular! Əsas dəyişiklik insanların şüurundakı dəyişiklikdir! Özü də nəinki futbolda”.

Qeyd edək ki, “Uypeşt” və “Neftçi” komandaları arasında cavab oyunu iyulun 19-da Macarıstanda keçiriləcək. (report)

İnterpress.az