Məhkəmənin adını eşidən Xatun qorxub geri çəkildi?backend

Məhkəmənin adını eşidən Xatun qorxub geri çəkildi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xatun foto paylaşaraq Fatimənin ünvanına “Evyıxan, xəyanət, yalançı” kimi ifadələr işlədib. Onun sözlərinə şairə Nazilə Səfərli də biganə qalmayıb və Fatiməni təhqir edib, ələ salacaq ifadələr işlədib.
Bu sözlərdən sonra isə Fatimə qarşı tərəfi məhkəməyə verəcəyini bildirib. Məhkəmə sözünü eşidən Xatun qorxub geri addım atıb. İlk növbədə sənətçi İnstaqramdakı paylaşımında yer alan şərhləri silmək üçün bağlayıb. Daha sonra isə müğənninin mətbuat katibi Azər Nəsibov Facebook-da status yazaraq bu işdə medianı günahlandırıb. O, Xatunun sözləri Fatiməyə ünvanlamadığı, jurnalistlərin bunu öz yanından yazdığını iddia edib.

Xatırladaq ki, Xatunun qalmaqal yaşadığı yeganə rəqqasə Fatimədir. Bu günlərdə efirdə dodaqlarına silikon etdirmədiyini söyləyən də F.Fətəliyeva olmuşdu. Eyni zamanda Xatun Fatiməni əlində olan bir foto ilə hədələyib.

F.Fətəliyeva “Hər şey daxil” verilişində qonaq olub və Xatunun paylaşımı haqda açıqlama verib. O bildirib ki, Xatunun əlindəki fotonu sənətçi onun köməkçisinə də göndərib:

“İllərdir qazandığım statusu vurmağa çalışır. Mənim namusum, vicdanım qeyrətim var. Əziyyətlə uşaqlarımı böyütmüşəm. Kimsə gəlib mənə söz desin? Dodaqlarımı lap silikon etmişəm. Dediyi foto məndə də var. Köməkçimə də şəkli göndərir, deyir, ağıllı olsun. Nə istəyirsən?

Hələ şərhdə yazan yuyulmamış çömçə var ey, şairə Nazilə Səfərli. Vaxt olub mənimlə yaxın olmusuz. Salonuma gəlmisiz, qulluqlardan istifadə edib, sonra İnstaqramda pisləyirsiz? Mənim nəslimdə kişi var. Məhkəmədə o sözlərə görə cavab verərsiz”. (axşam.az)

İnterpress.az