Mingəçevirdə şok: Təcili yardım avtomobili xarab oldu, xəstə küçədə qaldı – VİDEObackend

Mingəçevirdə şok: Təcili yardım avtomobili xarab oldu, xəstə küçədə qaldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az 7news.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzində Mingəçevir Mərkəzi Xəstəxanasına məxsus Təcili Tibbi Yardım avtomobili xarab olub və 45 dərəcəyə yaxın istidə xəstəni küçəyə endiriblər. Olduqca pis vəziyyətdə olan xəstə bir neçə dəqiqə şəhərin mərkəzi avtomobil yolunda, qızmar günün altında qalıb. Bu zaman xəstənin halı kritik həddə düşüb.

Yalnız ətrafdakıların müdaxiləsi nəticəsində xəstəni başqa avtomobillə aparmaq mümkün olub. İsti havada bu vəziyyətə düşən xəstənin sonrakı taleyi ilə bağlı məlumat almaq mümkün olmayıb. Ancaq videodan da görünür ki, vəziyyət o qədər də ürəkaçan deyil.

İnterpress.az
https://youtube.com/watch?v=DS8fXA-w-w4