Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Politoloq: “NATO üzvləri ilə ABŞ arasında narazılıq yaranıb”

Mübariz Əhmədoğlu: “NATO-nun Gürcüstanı üzvlüyə qəbul etməyəcəyi bəlli idi".

Dərc edilib: 14 iyul 2018 [12:04]
Baxış sayı: 20432

“NATO-nun bu dəfəki sammitində NATO üzləri ilə ABŞ arasındakı narazılıq rəsmi şəkildə üzə çıxdı”. İnterpress.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a NATO-nun Brüssel sammitinin nəticələrini şərh edərkən politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, bu məsələ NATO-nun nüfuzuna xələl gətirir: “Hazırda Trampı başa düşmək çox çətindir. O bir tərəfdən Putin ilə münasibətlərin normallaşdırılmasını istəyir. Digər tərəfdən isə NATO-ya üzv ölkələri məcbur edir ki, ÜDM-in 2 faizini itttifaqın büdcəsinə keçirsinlər. Bu o deməkdir ki, Tramp NATO-nun SSRİ zamanındakı qədər güclü olmağını istəyir. Bu artıq ziddiyyətdir. NATO üzvləri Rusiya faktorunu ciddi nəzərə alırlar. Hətta bəzi ekspertlərə görə, Rusiya təkbaşına NATO-dan güclüdür. Düşünürəm ki, bu sammitdə hər şey gözlənilən istiqamətdə getdi. NATO-nun Gürcüstanı üzvlüyə qəbul etməyəcəyi bəlli idi”.

11-12 iyul tarixlərində Brüsseldə NATO-nun sammiti keçirilib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208