Lalə Məmmədova ilə Nadir barışdıbackend

Lalə Məmmədova ilə Nadir barışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu dəfə müğənni Nadir Qafarzadə ilə əməkdar artist Lalə Məmmədova küsülüyə son qoyub.

Belə ki, Qafarzadənin müğənni Çinarə Məlikzadəylə qalmaqalı ilə bağlı sosial şəbəkədəki səjifələrin birində yazı paylaşılıb. Məmmədova yazıya şərh yazaraq həmkarına barışıq addımı atıb:

\”Çinarə gözəl ürəyi olan ifaçıdır. Nadir Qafarzadə, sənə yaraşan budur əzizim. Çox sevindim sənin dediklərinə. Sənin qəlbin təmizdir, imkan vermə heç kimə istifadə etsin\”.

Qeyd edək ki, Nadirlə Lalə arasında qalamqal \”ATV maqazin onlarla\” verilişində başlamışdı. Nadir L.Məmmədovanın ünvanına \”Lalənin ifası akademik, peşəkar olsa da, hitləri azdır. Eyni tərzdə oxuyur. Biri bitir, digəri başlayır. Damlada olduğu kimi, Lalə xanımın mahnılarında da oxşarlıq var. Ruhu Brilliant xanıma yaxındır. Lalə düz eləmir” sözlərini demişdi.

Lalə isə qarşı tərəfə “Peşəkar insan heç vaxt bu sözü dilinə alıb deməz. Ona görə incimirəm ki, yəqin peşəkar insan deyil. Musiqi sənəti olan, mənim yaradıcılığımdan xəbəri olan insan o sözü deməməli idi. Əgər müqayisə edirsə, haqqına danışsın” cavabını verib. (axşam.az)

İnterpress.az