Kadırov Əfqanıstanda çeçen qadınlarının edamı haqda xəbəri təkzib etdibackend

Kadırov Əfqanıstanda çeçen qadınlarının edamı haqda xəbəri təkzib etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov \”İslam dövləti\” terror qruplaşmasına daxil olan üç çeçen qadınının taliblər tərəfindən edamı haqda KİV-də yayılmış informasiyanı təkzib edib.

İnterpress.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

\”Əfqan yalanları bizim ayrı-ayrı KİV-lərin çox xoşuna gəlir. Vacib deyil ki, onları kim quraşdırır və dövriyyəyə buraxır. Əsas odur ki, onlar haradasa Kandaqarda, Kunduzedə, Samanqanedə və ya Heratda yaradılsın. Bu dəfə o, Cəuzcan əyalətində “dünyaya gəlib””, -deyə o, sosial şəbəkələrdə yazıb.

Kadırovun fikrincə, \”yerli adsız mənbələr\”, hansılara ki, KİV istinad edir, etibara layiq deyillər, çünki özləri bu informasiyanı \”Taliban”dan alıblar.

Xatırladaq ki, iyulun 14-də bəzi KİV-lər “Taliban” radikal hərəkatı yaraqlılarının Əfqanıstanın Cəuzcan əyalətində davam edən hərbi əməliyyatlar zamanı İŞİD terror təşkilatının üç qadın üzvünü zorladıqdan sonra edam etdikləri barədə xəbər yayıblar.

İddiaya görə, həmin İŞİD üzvləri əslən Çeçenistan və Özbəkistandan olublar.

İnterpress.az