Rusiya estafeti Qətərə verdibackend

Rusiya estafeti Qətərə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərasimdə Rusiya prezidenti Vladimir Putin, Qətər əmiri Təmim ben Həmad əl-Tani və FİFA prezidenti Canni İnfantino iştirak ediblər.

Mərasim zamanı Putin dünya çempionatı 2018-də Fransa və Xorvatiya yığmalarının oynayacağı topu Qətər əmirinə verib.

“Rusiya keçirilən dünya çempionatı sona çatır. Bu idman növü ilə bağlı təşkil etdiklərimizlə fəxr edirik. Ölkə olaraq futboldan, futbol ilə dünyadan və azarkeşlərdən böyük həzz aldıq”, – deyə Putin bildirib.

Həmçinin Putin Dohada Rusiya kimi mundialın yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Putin sonda sözlərinə əlavə edib ki, “futbol ən humanist missiyasını – insanları birləşdirməyi yerinə yetirdi”. (oxu.az)

İnterpress.az