“Şiənin biri mənəm, hələ toyuq başı kəsməmişəm” – Millət vəkilibackend

“Şiənin biri mənəm, hələ toyuq başı kəsməmişəm” – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycana din bu gün ən çox Səudiyyə Ərəbistanından və Türkiyədən gəlir. İrandan isə çox az qismdə dinin siyasiləşmiş forması gəlir. Gəlin goplara deyil, buna inanaq. Ərəbistan və türkiyədən gələn dinin əhatə dairəsi genişdir. Elə bil ki, böyük bir borudur. Amma qarşısını alan da yoxdur. Nurçusu var, nə bilim nəyi var, nəyi var. Meydanı sulayırlar, amma qarşısı alınmır. Bu gün Azərbaycanda bir çox qəzetlər də onların əlindədir, saytlar da onların əlindədir. Təbii ki, İranın da Azərbaycanda idarə etdiyi saytlar və mətbuat orqanları var. Amma bunlar o birilərinin qarşısında çox zəifdir, cüzidir”.

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas Mətbuat Şurasında Gəncə hadisələri ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

\”Şiənin biri mənəm, heç indiyə qədər toyuq başı kəsməmişəm\”.

A.Abbas qeyd edib ki, Gəncə hadisələri övvəlcədən hazırlanmış ssenari əsasında baş verib: “Azərbaycanda hər şeyi atdılar şiələrin üstünə. Şiə adam öldürəndir? Şiənin biri mənəm, heç indiyə qədər toyuq başı kəsməmişəm. Boş söhbətdir. Bu, oyunlar idi. Sadəcə olaraq, İran və Rusiya bunu təkzib etməli idi ki, şübhələnməyək”.

O qeyd edib ki, oxşar hadisə 80-ci və 90-cı illərdə də Azərbaycanın bir neçə baş verib: “Təxribata əl atdılar. Yaxın keçmişdə İsmayıllıda, Qubada təxribatçılar az qala terrora əl atacqdılar. Bu günlərdə də Gəncədə baş verən hadisələr onu göstərdi ki, dövlətimizin hüquq-mühafizə orqanları daha bir təxribatın qarşısını aldı. Sonra da hay çıxardılar ki, bəs, Sumqayıtda da təxribata hazırlaşırlar. Bunun hamısı bir ssenaridir”.

\”Mənim bir yazım var, 575 min adam oxuyub amma heç mənə bir manat da verməyiblər\”.

Deputat bildirib ki, hadisə ərəfəsində informasiyalar həm də düzgün şəkildə ötürülmədi: “Anlaşılmazlıq yaratdı. Nəticədə ortaya tamam başqa-başqa fikirlər çıxdı. Mən həmin günü qəzetdə işçilərə tapşırmışdım ki, yalnız və yalnız dövlətin rəsmi məlumatlarına istinad etsinlər. Politoloq filan qələt elədi, və yaxud başqası bu barədə hansısa fikir yürütdü – bunları boş verin getsin. Amma təəssüf ki, bəzilə saytlar bu qaydalara əməl edə bilmədi. Nə var ki, IP əldə etmək naminə qeyri-dəqiq informasiyaları yayıb cəmiyyətdə çaşqınlıq yaratdılar. Məansız bir şeydir bu IP məsələsi. IP sayına görə reklam almağa görə peşəkarlığı, obyektivliyi icddi şəkildə pozurlar. Mənim bir yazım var, 575 min adam oxuyub amma heç mənə bir manat da verməyiblər”.

İnterpress.az