Uşaqların şəxsi inkişafına yönəlik layihə başa çatıbbackend

Uşaqların şəxsi inkişafına yönəlik layihə başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün \”Biosfer\” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi \”Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi\” adlı layihənin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

Multimedia Mətbuat Mərkəzində baş tutan tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Tural Məmmədov bildirib ki, sözügedən layihə cari ilin may-iyun-iyul aylarını əhatə edib: \”Bizim məqsədimiz uşaqların, xüsusilə aztəminatlı ailələrdən olan uşaqların şəxsi inkişafına yardım etmək, onların müəyyən bilik-bacarıqlara sahib olmalarına dəstək vermək və gələcəkdə cəmiyyətimiz üçün faydalı işlər görən insanlara çevrilmələrinə stimul yaratmaq idi\”.

“Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi” adlı layihənin yekunları ilə bağlı mətbuat konfransı
Layihə üzə təlimçilərdən Səbinə Novruzzadə görülən işlərdən danışıb: \”Layihə çərçivəsində 3 təlim nəzərdə tutulmuşdu və hər biri uğurla keçirildi. 2 təlim Nizami, 1 təlim isə Xəzər rayonunda baş tutdu. Onlara həyatın nizamını, müstəqil yaşam qaydalarını öyrətməyə çalışdıq, fikir mübadilələri aparıldı, sahib olduqları şəxsi keyfiyyətlərin üzə çıxarılması yönündə iş gördük. Düşünürük ki, qarşıya qoyduğumuz məqsədlərə nail ola bildik\”.

Uşaqların şəxsi inkişafına yönəlik layihə başa çatıb

“Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi” adlı layihənin yekunları ilə bağlı mətbuat konfransı
Digər təlimçi Zülfiyyə Salayeva da görülən işlər barədə danışıb. Daha sonra təlimlərə cəlb edilmiş uşaqlar və tədbirə dəvətli olan qonaqlar öz fikirlərini bildiriblər. (sputnik.az(

İnterpress.az