Deputat: Türkiyə NATO üzvü olaraq qalmalıdırbackend

Deputat: Türkiyə NATO üzvü olaraq qalmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan bu məsələdə Türkiyəyə öz köməyini təklif edə bilər. Belə ki,Türkiyənin F-35 təyyarələrini ala bilməsi və NATO üzrə müttəfiqləri ilə münasibətlərinin korlanmaması üçün həmin raket komplekslərini Türkiyə və Rusiyanın ayıracağı kreditlər hesabına Azərbaycan ala bilər.

İnterpress.az xəbər verir ki, bunu Oxu.Az-a millət vəkili Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, Türkiyənin Rusiyadan C-400 raketlərini almasına görə NATO ilə qardaş ölkənin arasında gərginlik yaşanır.

Bu problemi “Türkiyə necə çözə bilər” sualını cavablandırarkən qeyd edib ki, Türkiyə NATO üzvü olaraq qalmalıdır.

“Türkiyə NATO-dan çıxarılarsa, ona münasibət bu gün onu şirnikləndirən dövlətlər tərəfindən qısa müddətdən sonra dəyişəcək…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

İnterpress.az