Tramp və Putin arasında təkbətək görüş başa çatıbbackend

Tramp və Putin arasında təkbətək görüş başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında keçirilən təkbətək görüş başa çatıb.

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Finlandiyanın paytaxtı Helsinki şəhərində baş tutan görüş 2 saat 10 dəqiqə davam edib.

ABŞ lideri rusiyalı həmkarı ilə baş tutan təkbətək görüşü “çox yaxşı başlanğıc” adlandırıb.

Bundan sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar davam etdirilib.

Qeyd edək ki, görüşdə müzakirə edilən məsələlərin gizliliyi qorunub. Eyni zamanda, liderlər maximum 4 sual ətrafında fikir mübadiləsi aparıblar.

İnterpress.az