Qəzəbli kütlə 300 timsahı öldürdübackend

Qəzəbli kütlə 300 timsahı öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hakimiyyət insanlara bu heyvanları öldürməyə mane ola bilmədiyini və buna görə həmin şəxslərin cəzalandırılacağını bildirib.

Qoruq ərazisində dövlətin müdafiəsində olan heyvanların öldürülməsi İndoneziyada pul cəriməsi və ya həbs ilə cəzalandırılır.

İyulun 13-də yerli sakinlərdən bir nəfər kişi “timsah fermasında” meyvə toplayan zaman timsah tərəfindən öldürülüb.

Digər yerli sakin bunun şahidi olub və həmin şəxsin dəfnindən sonra qəzəbli insanlar qoruq ərazisinə hücum ediblər.

Onlar əllərində bıçaq, bel və çəkiclə silahlanaraq əvvəl ferma ofisini basıb daha sonra isə qoruqdakı bütün timsahları qətl ediblər.

Qeyd edək ki, İndoneziyada əsasən qəzəbli və ya ac heyvanların hücumu hadisələri ilk deyil. (modern.az)

İnterpress.az