Spermasız hamilə qalmaq mümkün olacaq – Dünyada bir ilkbackend

Spermasız hamilə qalmaq mümkün olacaq – Dünyada bir ilk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, alimlər qadının sümük iliyindən sperma istehsal edib.

Belə ki, qadınlar artıq kişi toxumları olmadan hamilə qala biləcəklər. Ancaq bu üsulla doğulan bütün uşaqlar qız olacaq.

Professor Kərim Nayerniyanın nəzarəti altında olan Tyne Universitetinin mütəxəssisləri bu üsulu iki ay içində həyata keçirə biləcəklər. Bunun eyni zamanda sonsuzluğun müalicəsində də istifadə oluna biləcəyini iddia ediblər.

Üsula görə, qadının sümük iliyindən kök hüceyrələr alınır. Daha sonra bu hüceyrələr kimyəvi maddələr və vitaminlərlə qarışdırılaraq dişi sperma hüceyrələri əldə olunur.

İnterpress.az