Politoloq: “NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi”backend

Politoloq: “NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 11-də Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün qəbul təşkil edilib. Azərbaycan prezidenti İlham Əliyev qəbulda iştirak edib.
İnterpress.az xəbər verir ki, politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, NATO-nun Brüssel sammitində önəmli məsələlər müzakirə olunub:

“Sammitdə Azərbaycanın ərazi bütövlüyünə dəstək verilib. Qəbul olunmuş deklarasiyada da bu, öz əksini tapıb. Bu deklarasiya da onu göstərir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Aparıcı ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və müdafiə edir. Azərbaycanın seçimi düzgündür. Əsas məsələlərdən biri olan ərazi bütövlüyünü bərpa etmək haqqı bu deklarasiyada təsbit olunub”.

İnterpress.az